“Ermənistan iqtisadiyyatı böhrandan çıxa bilmir”
Tarix: 06.12.2018 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


“Erməni xalqı hələ də əziyyət çəkir və onlar üçün artıq ölkədə kimin hakimiyyətdə olması elə də maraqlı deyil”

Hələ bir müddət bundan əvvəl ölkədə parlament sisteminin dəyişdirilməsinin zəruri olmadığından danışan Nikol Paşinyan artıq yeni notlar üzərində köklənib. Belə ki, indi Ermənistanda prezident modelinə qayıtmaq imkanı barədə danışan baş nazir əvəzi, təbii ki, «yalnız xalqın razılığı ilə»-deməyi də unutmur.
Maraqlıdır ki, noyabrın 24-də xalq üçün «darıxdığını» əsas göstərərək onları yeni bir yürüşə çağıran Paşinyan yürüşsonu ermənilər qarşısındakı çıxışı zamanı bir müddət əvvəl dediklərini təkzib edərək, hazırda parlament modelini dəyişdirməyin lazım olmadığını ərz etmişdi.
Parlamentlə baş nazir arasında güc tarazlığının vacibliyni bildirən Paşinyan bunun hakimiyyət quruluşunun pozulmaması üçün vacib olduğunu bildirmişdi: «Biz qarşılıqlı yoxlamalar və balans mexanizmlərini gücləndirmək üçün lazım olan hər şeyi edəcəyik».
Erməni baş nazir əvəzinin yuxarıdakı fikirlərinə öz səhifəsində yer ayıran «sputnikarmenia.am» saytı Paşinyanın ötən bazar Sisiyanda seçicilər qarşısındakı çıxışı zamanı dediklərinə təəccübünü gizlətmir: «Əgər hökumətin parlament formasını prezidentliyə dəyişmək zəruriliyindən əmin olsaq, onda heç bir şey bizə mane ola bilməz və biz sizin razılığınızla bunu edərik».
Amma burada sayt üçün Paşinyanın «insanların razılığının olması» fikri maraq kəsb edir. Sayt təəccübünü gizlətməyi belə, unutmur: «...Görəsən, baş nazir əvəzi xalqın razılığının olub- olmadığını necə müəyyənləşdirəcək? Keçirəcəyi referendum yoluylamı? Ancaq Paşinyan unudur ki, burada artıq xüsusi bir iştirak olmayacaq, çünki əhalinin böyük əksəriyyəti artıq hər şeyə ümidsizləşib. Bu gün Ermənistanda xalqın öz maraqları daha vacibdir. Onlar üçün hökumətin hansı dövlət modeli altında fəaliyyət göstərməsi o qədər də önəm kəsb etmir. Çünki ölkədəki formasiya dəyişikliyinə baxmayaraq, xalq hələ də əziyyət çəkir və onlar üçün artıq ölkədə hansı formasiyanın və kimin hakimiyyətdə olması elə də maraqlı deyil.
Bu halda sual olunur: Paşinyan «arzusunu» reallaşdırmaq üçün, əvvəlki kimi, meydanı da seçə bilərmi? Təbii ki, bu, onun üçün elə də bir çətinlik törətməyəcək, amma əvvəlki insanları ora yığa biləcəkmi?»

“Paşinyanın «Mənə qarşı olanlar - xalq və dövlətə qarşıdır» deməsi, əslində, diktatorlara xas olan bir haldır. Paşinyan seçkilərə komanda halında deyil, şəxsi rəğbət əsasında tərtib olunmuş siyahı ilə gedir. Amma bu siyahıdakı şəxslərin dövləti idarə edə biləcəklərinə qadir olmaları təkcə məndə deyil, çoxlarında şübhə doğurur”

Qeyd edək ki, Ermənistanın sabiq müdafiə naziri Viqen Sarkisyan da Nikol Paşinyanı hakimiyyətdə olduğu qısa müddət ərzində böyük səhvlər buraxmaqda, «Ermənistan hökumətinin təməllərini» sarsıtmaqda, ölkənin müttəfiqlərini itirməkdə ittiham edib. Onun sözlərinə görə, Paşinyanın «Mənə qarşı olanlar - xalq və dövlətə qarşıdır» deməsi, əslində, diktatorlara xas olan bir haldır: «…Paşinyan seçkilərə komanda halında deyil, şəxsi rəğbət əsasında tərtib olunmuş siyahı ilə gedir. Amma bu siyahıdakı şəxslərin dövləti idarə edə biləcəklərinə qadir olmaları təkcə məndə deyil, çoxlarında şübhə doğurur. Bu gün ksenofobiya və küçə jarqonları artıq ölkənin siyasi sahəsinə də sızdırılıb. İqtisadiyyat böhrandan çıxa bilmir, məhkəmələrin müstəqilliyi təhlükə altındadır. Ona görə də ermən xalqı seçki günü- dekabrın 9-da Ermənistanı diktaturaya çevirmək üçün bir daha düşünməlidir».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın Qara dəniz düşərgəsini ələ keçiriblər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi
24.05.2019
“Daşnaksütyun“ Paşinyanın istefasını tələb edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info