Musiqili Teatrda həftəsonu
Tarix: 06.12.2018 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar oynanılacaq. Qurumun mətbuat xidmətindən bildirilib ki, teatr dekabr ayının 8-də "Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov, tərc. D.Mustafayev) və 9-da “Baladadaşın toy hamamı” (F.Allahverdi və Elçin) əsərlərini təqdim edəcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.
Hər zaman öz repertuarında uşaq tamaşalarına xüsusi yer verən Musiqili Teatr balaca teatrsevərlərə dekabrın 8-də saat 12:00 və 14:00-də ana dilimizdə "Dəcəl çəpişlər” (O.Zülfüqarov, R.Heydər), 7-də və 9-da saat 12-də isə "Yağış göbələyinin macərası” (R.Şəfəq, V.Zimin) və "Qızıl cücə” (V.Ulanovski, V.Orlov) musiqili əyləncəli nağıl tamaşalarını rus dilində göstərəcək.
Həftəsonu nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar – Əməkdar artistlər Novruz Qartal, Səmayə Musayeva, Əzizağa Əzizov, Nahidə Orucova, Çingiz Əhmədov, Svetlana Bulax, aktyorlar Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Ağaxan Şərifov, Gülcahan Salamova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Əliməmməd Novruzov, Rauf Babayev, Şaban Cəfərov, Yulya Heydərova, Elnarə Nağdəliyeva, Hüseyn və Gültac Əlililər, Elçin İmanov, Valeriya İsgəndərzadə, Əmrah Dadaşov, Şaban Cəfərov, Güldanə Əzimova, Ruslan Mürsəlov, Elməddin Dadaşov, Fərid Rzayev, Eleonara Mehdiyeva, Telnaz Hüseynova, Nərmin Əliyeva, Roman Krasnov, Murad Əliyev, kiçik yaşlı aktyor Rahib Məmmədzadə və başqaları ifa edəcəklər.
Musiqili Teatr həftəsonunu yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Afaq Məsudun kitabı gürcü dilində nəşr olunub
19.04.2019
“Əlvida, Şmidt!” bədii filmi təqdim edilib
19.04.2019
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub
19.04.2019
Akademik Musiqili Teatr “Formula 1” həftəsində xüsusi repertuarla çıxış edəcək
19.04.2019
Aprel döyüşlərinə həsr edilən “Ovçu“ romanı özbək dilində

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info