AZTA ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında memorandum imzalanıb
Tarix: 06.12.2018 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Azərbaycan Turizm Assosiasiyasından bildirilib ki, memorandumu AZTA-nın rəhbəri Nahid Bağırov və AQSİA-nın sədri Səkinə Babayeva imzalayıb. Memorandumun məqsədi AQSİA-nın Turizm komissiyasının AZTA ilə əməkdaşlıq əlaqələrinin qurulması, turizm sahəsində qadın sahibkarların fəaliyyətinin təşviqi və dəstəklənməsindən ibarətdir.
İmzalanma mərasimi çərçivəsində tərəflər səmərəli əməkdaşlığın formalaşması üçün birgə İşçi Qrupun yaradılması barədə qərar qəbul ediblər. İşçi qrupun fəaliyyəti qadın sahibkarların xüsusi təlimlərdə iştirak etməsini təmin etmək, eləcə də bölgələrə infoturların təşkil edilməsi və yerli əhali arasında kənd turizminin ev təsərrüfatı şəraitində inkişafı potensialı haqqında məlumatlandırmaqdan ibarət olacaq.
AZTA və AQSİA rəhbərləri, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan İctimai Şura çərçivəsində birgə fəaliyyət və əməkdaşlığın qadın sahibkarların turizm sahəsində fəaliyyətinə əlavə dəstək olacağını xüsusi qeyd ediblər.




 
Bölməyə aid digər xəbərlər
07.12.2018
Qulam İshaqzai: “Azərbaycan insan hüquqlarının qorunması sahəsində çox fəaldır”
07.12.2018
“Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub
07.12.2018
Könüllülərin həmrəylik festivalı keçirilib
07.12.2018
Səttar Mehbalıyev növbəti müddətə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib
07.12.2018
Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüş

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info