Azərbaycan-Avropa Ticarət Palatasının illik təqdimatı keçirilib
Tarix: 06.12.2018 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Çexiyadakı səfirliyinin dəstəyi ilə Praqada fəaliyyət göstərən Azərbaycan-Avropa Ticarət Palatasının illik təqdimatı keçirilib. Tədbirdə Çexiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin, çex işgüzar dairələrinin və Azərbaycan icmasının nümayəndələri, eləcə də bu ölkədə biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlı iş adamları iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev ölkələrimiz arasında əməkdaşlıq münasibətləri, xüsusən də iqtisadi, ticari, qarşılıqlı sərmayələr, turizm, sənaye və infrastruktur sahələrində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə məlumat verib. F.Şəfiyev iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verən Azərbaycan-Avropa Ticarət Palatasının fəaliyyətini yüksək qiymətləndirib və quruma işində uğurlar arzulayıb. Daha sonra çıxış edən Azərbaycan-Avropa Ticarət Palatasının icraçı direktoru David Şnasel Azərbaycan və Çexiya sahibkarları arasında işgüzar əlaqələrin daha da inkişaf etdirilməsində Palatanın rolundan bəhs edərək, il ərzində bir sıra layihələrin icra olunduğunu bildirib. O, cari il ərzində TATRA-nın Gəncə Avtomobil Zavodu ilə əməkdaşlığı, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Çexiyaya səfəri, eləcə də Cənubi Çexiya regionunun Qluboko Na Vltavu şəhəri merinin rəhbərliyi ilə çex iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin həyata keçirilməsində Palatanın əlaqələndirici rolundan söz açıb, gələcəkdə də bir sıra perspektivli layihələr üzrə işlərin apardığını qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
08.12.2018
Azərbaycan neftinin bir barrelinin qiyməti 4 dollardan çox artıb
08.12.2018
OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər
07.12.2018
Azərbaycanda ilk: aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçiriləcək
07.12.2018
SOCAR Rumıniyada daha bir yanacaqdoldurma məntəqəsini istifadəyə verib
07.12.2018
Təbii resursların mərkəzləşdirilmiş reyestri yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info