“Aksam.com.tr”: “Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi üçün hazırlıq işləri davam edir”
Tarix: 06.12.2018 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycanla Türkiyə arasında reallaşan layihələrin iki ölkə üçün əhəmiyyətli olduğu, birgə əməkdaşlığın müsbət nəticələrə gətirib çıxardığı dünya ölkələri tərəfindən də dəyərləndirilir. İki ölkə arasında bir çox sahələrdə, o cümlədən iqtisadiyyatın qarşılıqlı inkişafı istiqamətində davamlı tədbirlər və iqtisadi əməkdaşlıq tədbirləri istiqamətində yeni layihələr həyata keçirilir.
Hazırda sənaye və iqtisadiyyatı sürətlə inkişaf edən və böyüyən Türkiyə artan enerji ehtiyaclarını təhlükəsiz, iqtisadi və fasiləsiz şəkildə əldə etmək istəyir. Bunun ən etibarlı, yaxın və iqtisadi yolu dost və qardaş Azərbaycanın qaynaqlarının və bu ölkə üzərindən keçən enerji xətlərinin istifadəsidir. Türkiyənin enerji və logistikasında əsas xətt və nəqliyyat terminalı olma hədəfi, ilk olaraq Azərbaycanın bununla bağlı inkişafından və müvəffəqiyyətindən asılıdır.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə regionda deyil, daha geniş məkanda böyük önəm daşıyır

Bu günlərdə ölkəmizdə səfərdə olan Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhanla görüşündə Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən nəqliyyat və infrastruktur sahələrində uğurla inkişaf etdiyini bildirib. Nəqliyyat sahəsində əməkdaşlığımıza toxunan dövlətimizin başçısı ölkələrimizin birgə həyata keçirdiyi layihələrdən danışaraq ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təkcə regionda deyil, daha geniş məkanda böyük önəm daşıdığını vurğulayıb.
İki ölkə arasında iqtisadi əməkdaşlıq tədbirləri davamlı olaraq Türkiyə mediasında geniş işıqlandırılır. Bakıya səfəri zamanı nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhanın da açıqlaması qonşu ölkənin bir çox mediasında öz əksini tapıb. Yazıda qeyd edilir ki, nazir jurnalistlərə açıqlamasında bildirib: "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla Bakı-Tbilisi-Qars layihəsinin fəaliyyətə başlamasından sonra buranın daha fəal, daha yaxşı xidmət verə bilməsi üçün lazım olan bəzi əhəmiyyətli işləri, müəssisələrlə əlaqədar asanlaşdırıcı, qabaqlayıcı mövzuları müzakirə etdik . Bundan yalnız Azərbaycan-Türkiyə-Gürcüstan deyil, bütün qonşu ölkələr, ətrafdakı ölkələr də faydalanacaq. Onunla əlaqədar daha əvvəl texniki heyətimiz gəlmişdi. Burada araşdırma apardılar. İndi Azərbaycan-Türkiyə olaraq biz bu xətdə işlədiləcək olan yük vaqonları mövzusunda Azərbaycanda bir emalatxana qurub, ortaq istehsal həyata keçirib, bu dəmir yolu xəttində çalışacaq olan vaqonları birlikdə istehsal edəcəyik. Fabriklərin qurulması ilə əlaqədar sahələr müəyyən edildi. Bu emalatxanaları qurub dərhal istehsala başlayacağıq”.
Bakı-Tiflis-Qars dəmir yolu xəttində hazırda yük daşınması xidmətinin həyata keçirildiyini vurğulayan nazir deyib: "Dərhal sonra sərnişin daşımaları da başlayacaq. Bununla əlaqədar ikitərəfli danışıqlar başa çatdıqdan sonra sərnişindaşıma xidmətlərinə başlayacağıq. Qarşıdakı illərdə bu reallaşacaq”. Nazir onu da qeyd edib ki, quru yol nəqliyyatı dəniz yoluna görə daha yüksək maliyyə tələb edir. Bu xərclər də sonradan məhsulun üzərinə əlavə olunur. Artıq bu xərclər daha aşağı olacaq. Bununla da həmin malları istehlak edən insanlar onu daha ucuz alma fürsəti əldə etmiş olacaqlar”. Nazir onu da əlavə edib ki, Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi üçün hazırlıq işləri davam edir.

Süleyman Soylu: “Dünyada enerjinin ən etibarlı keçid sahəsi Türkiyədir”

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Sahil Mühafizəsi Akademiyasında keçirilən konfransda çıxışı zamanı bir sıra məsələlərə aydınlıq gətirib. Türkiyənin iki enerji hövzəsinin çox əhəmiyyətli bir strateji nöqtəsində olduğunu deyən S.Soylu, bu yaxınlarda Rusiya dövlət başçısı Vladimir Putin ilə Prezident Rəcəb Tayyib Ərdoğanın “Türk Axını” layihəsi ilə əhəmiyyətli bir addım atdığını söyləyib.
Prezident Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin “Star” Neft Emalı Zavodunun açılışını etdiklərini deyən S.Soylu bunları söyləyib: "Bir tərəfdə Bakı-Tbilisi-Ceyhan neft boru xətti, “Türk Axını”, “Mavi Axın”, TANAP, digər bir tərəfdə ən böyük mübarizələrin davam etdiyi İraqın şimalındakı neft və təbii qaz hövzəsindən Avropaya və ya dünyaya nəql ediləcək enerji xəttinin hansı ərazidən gedib-getməyəcəyi...
Dünyada enerjinin ən etibarlı keçid sahəsi Türkiyədir. Türkiyə ortaqlığı və Türkiyədən keçməsi, həm son olaraq çatacağı nöqtə baxımından, həm də coğrafiyada olan qonşularımız baxımından ən etibarlı olanıdır”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
25.05.2019
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25.05.2019
ABŞ Konqresində Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə növbəti bəyanat verilib
24.05.2019
“Anatolian Phoenix-2019” təlimləri başa çatıb
24.05.2019
MN: Ermənilər məruz qaldıqları uğursuzluğu absurd bəyanatlarla ört-basdır etməyə çalışırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info