MONEYVAL pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Azərbaycan sistemini müsbət dəyərləndirib
Tarix: 06.12.2018 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


Vüqar Bayramov: “Azərbaycanda aparılan islahatlar pulların leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi istiqamətində uğurların əldə edilməsinə imkan yaradıb”

Avropa Şurasının MONEYVAL Komitəsi pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Azərbaycan Respublikasının mübarizə sistemini müsbət dəyərləndirib. Maliyyə Monitorinqi Xidmətindən bildiriblər ki, Avropa Şurasının MONEYVAL Komitəsinin 57-ci plenar iclası çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının IV raund qiymətləndirilməsi üzrə növbəti tərəqqi hesabatı dinlənilib. Müzakirələrin nəticələrinə uyğun olaraq qəbul olunmuş qərarda IV raund çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 40+9 Tövsiyəsinin, o cümlədən MONEYVAL-ın onlardan irəli gələn tövsiyələrinin Azərbaycan Respublikası tərəfindən müvəffəqiyyətlə yerinə yetirildiyi qeyd edilib. Həmçinin ölkədə bu sahədə aparılmış islahatlar yüksək dəyərləndirilib, institusional potensialın gücləndirilməsi, hüquqi bazanın, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar əldə edilmiş nailiyyətlər xüsusi olaraq vurğulanıb. Bununla da, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Azərbaycan Respublikasının mübarizə sistemi beynəlxalq səviyyədə mövcud standartlara tam cavab verən sistem kimi qiymətləndirilib. İqtisadçı ekspert Vüqar Bayramov AZƏRTAC-a bildirib ki, Azərbaycanda aparılan islahatlar pulların leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi istiqamətində uğurların əldə edilməsinə imkan yaradıb. Ekspert qeyd edib ki, Avropa Şurasının MONEYVAL Komitəsinin qiymətləndirməsi göstərir ki, Azərbaycan son illər uğur əldə edən əsas ölkələrdən biridir: “Nəzərə alsaq ki, söhbət Avropanın beynəlxalq baxımdan kifayət qədər əhəmiyyətli qurumunun araşdırmasından gedir, aparılan islahatlar ölkəmizdə çirkli pulların yuyulması, pulların leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi ilə yanaşı, yeni bir modelin tətbiqini də həyata keçirir. Azərbaycanın bu sahədə apardığı islahat və tədbirlər beynəlxalq standartlara cavab verir. Mövcud qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğun olaraq tətbiq edilən qaydaların sözügedən sahədə uğurların əldə edilməsinə imkan verməsi ilə yanaşı, Azərbaycan müasir texnologiya və innovasiyalardan istifadə etməklə, çirkli pulların yuyulması, terrora qarşı mübarizədə uğurlara imza ata bilib. Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar təqdirəlayiqdir. Ölkəmiz, bütövlükdə, bu sahədə şəffaflığın gücləndirilməsi və pulların leqallaşdırılmasına qarşı mübarizəni daim davam etdirir. Avropa Şurasının MONEYVAL Komitəsinin Azərbaycan Respublikasının pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemini müsbət dəyərləndirməsi ölkəmizdə aparılan uğurlu islahatlara bir qiymət kimi xarakterizə olunur. Genişmiqyaslı islahatlar həm də bu sahədə şəffaflığın artırılmasına, innovativ metoda əsaslanan sistemin qurulmasına, ən əsası isə beynəlxalq standartlara uyğun olaraq Azərbaycanda yeni və müasir sistemin qurulmasına gətirib çıxarıb”.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Vüqar Bayramov: Prezident bu Fərmanla “çoxillik həllolunmaz problem”ə son qoydu
19.02.2019
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası keçirilir
19.02.2019
Nikolson: “Azərbaycan gömrüyündəki islahatlar ölkənin gələcək inkişafında mühüm rol oynayacaq”
19.02.2019
Azərbaycan Tibb Universitetinin yeni tədris mərkəzinin açılışı olub
19.02.2019
Müəmmalı Misir fironu ilə bağlı sirrin üstü açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info