Könüllülərin həmrəylik festivalı keçirilib
Tarix: 07.12.2018 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Gənclər Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Gənclər və İdman nazirliklərinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yüzlərlə gəncin və bütün könüllü təşkilatlarının təmsil olunduğu Azərbaycan könüllülərinin həmrəylik festivalı keçirilib. Bakı Konqres Mərkəzinin foyesində ölkəmizdə könüllülük hərəkatına dair stendlər quraşdırılıb, 70-dək şirkətin iştirakı ilə əmək yarmarkası təşkil olunub. Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov festivalın açılışında çıxış edərək ölkəmizdə könüllülük hərəkatının inkişafı və təbliği istiqamətində görülən işlərdən danışıb. O, könüllü gənclərimizin beynəlxalq arenada qazandıqları uğurlardan və Azərbaycan dövlətinin, xüsusilə Prezident İlham Əliyevin könüllülük hərəkatına diqqət və qayğısından söhbət açıb. Gənclərin Dünya Assambleyası beynəlxalq təşkilatının baş katibi Ediola Paşollari çıxışında Beynəlxalq Könüllülər Gününün tarixi barədə məlumat verib. Rusiya Federasiyasının Milli Gənclər Şurasının sədri Qriqori Petuşkov Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan gənclərinə təbriklərini çatdırıb. Tədbirin gedişində “ASAN Könüllüləri”, “Formula 1 Könüllüləri” və “Bir Könüllüləri”nin nümayəndələri təmsil etdikləri hərəkatların fəaliyyəti barədə məlumat veriblər. Sonra Gənclər Fondunun “Gənc könüllü” proqramının təqdimatı olub. Rəsmi hissədən sonra festival işini “Tələbə və gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi, Könüllülük hərəkatının inkişafı sahəsində real uğur nümunələri”, “İnklüziv könüllülük - könüllülüyü ictimaiyyətə necə açıq etmək olar?” və “Könüllülük sahəsində beynəlxalq təcrübə və standartlar” mövzularında paralel sessiyalarla davam etdirib. Festival çərçivəsində, həmçinin Bakı Konqres Mərkəzinin foyesində oyun, əyləncə və intellektual zonalar yaradılıb, gənclər arasında müxtəlif maraqlı oyunlar və müsabiqələr keçirilib, fərqlənənlər qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Panel müzakirələrdə fəal iştirak edən və təşkilatlar tərəfindən namizədliyi irəli sürülmüş könüllülər sertifikatlarla təltif olunublar. Festival çərçivəsində, həmçinin il ərzində yüksək fəallıq göstərən 100 gənc üçün ikigünlük qış düşərgəsi təşkil ediləcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info