“Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub
Tarix: 07.12.2018 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Avropa İttifaqı (Aİ) Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), UNICEF, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və ASAN Radio ilə birgə əməkdaşlıqla “Fərqliyik, bərabərik” adlı film hazırlayıb. AZƏRTAC xəbər verir ki, dekabrın 7-də “Fərqliyik, bərabərik” adlı filmin təqdimatı keçirilib.
Tədbirin moderatoru olan ASAN Radio-nun direktoru Emin Musəvi bildirib ki, əlillərə və xüsusi qayğıya ehtiyacı olan insanları təkcə bir gün deyil, daim diqqət mərkəzində saxlamaq çox vacibdir. Layihə barədə məlumat verən Emin Musəvi deyib ki, 12 dəqiqəlik filmdə layihə tərəfdaşları əlilliyi olan şəxslərin inklüziv cəmiyyətin üzvləri hesab edilməli olduğunu, cəmiyyətin bütün üzvlərinin eyni hüquq və imkanlara malik olduğunu və digərləri ilə birgə təhsil ala biləcəyini vurğulamaq istəyirlər. O, inklüzivliyin cəmiyyətdə vacib rolunu xüsusi vurğulayıb.
Aİ-nin Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas çıxışında deyib ki, bu gün əsas diqqət mərkəzində olan məsələ inklüziv təhsildir. Səfir UNICEF-in də dəstəklədiyi “Azərbaycanda inklüziv təhsilin genişiləndirilməsi”, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən “Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi” və “Regional İnkişaf” İB tərəfindən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihələrini qeyd edib.
BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti bildirdi ki, UNDP bu layihənin reallaşdırılmasına böyük sərmayə yatırıb və gələn il bu sərmayəni daha da artırmaq fikrindədir. Dünyada 5,5 milyon əlilliyi olan insan var. Bizim hər birimiz bu işdə dəstək olmalıyıq.
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin qeyd edib ki, sağlamlıq imkanları məhdud insanlar bizimlə bərabər hüquqlara malikdir. Onlar bizim cəmiyyətimizin bir hissəsidir. UNICEF olaraq Azərbaycanda bu istiqamətdə layihələri dəstəkləməkdən qürur duyuruq.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Cəmil Əliyev deyib ki, hazırda ölkəmizdə müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması istiqamətində layihə reallaşdırılır. Azərbaycanda dörd məktəbdə inklüziv təhsil modeli pilot layihə həyata keçirilir. İnklüziv təhsil barədə danışan Cəmil Əliyev layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib.
Sonra tədbir iştirakçıları “Fərqliyik, bərabərik” adlı filmə baxıblar.
Filmin rejissoru fiziki qüsurlu Etibar Məmmədovdur.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info