“Kardeş kalemler” noyabr nömrəsini Mir Cəlal Paşayevin 110 illiyinə həsr edib
Tarix: 07.12.2018 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Türkiyədə nəşr olunan “Kardeş kalemler” aylıq Avrasiya ədəbiyyat jurnalı noyabr buraxılışını görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edib.
AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsi Avrasiya Yazarlar Birliyi və “Buta” Azərbaycan mədəniyyətini yayma və yaşatma dərnəyinin ortaq layihəsi olaraq hazırlanıb. Jurnalda akademik Nizami Cəfərovun “Mir Cəlal və dünya xalqları”, professor Təyyar Salamoğlunun “Bir gəncin manifesti” esse romanı”, yazıçı-şair İftixar Piriyevin “Mir Cəlalın manifesti”, filologiya elmləri doktorları Almaz Ülvinin “Mir Cəlal: bir yarpaq söz”, Vaqif Yusiflinin “Mir Cəlal həqiqətləri”, Dünya Gənc Türk Yazıçılar Birliyi məsləhət Şurasının rəhbəri Əkbər Qoşalının “Mir Cəlal Paşayev”, gənc tədqiqatçı Şahanə Muşfiqin “Həcv və satira janrında iki usta isim: Mir Cəlal və Əziz Nesin” məqalələri yer alıb. Bundan başqa, yazıçının “Dostumun qonaqpərvərliyi” və “Nazik mətləb” hekayələri Oktay Hacımusanın tərcüməsində türkdilli oxuculara təqdim olunub.
Məqalələrdə Mir Cəlal Paşayevin zəngin yaradıcılıq yolu ətraflı təhlil olunur, ədibin böyük ədəbi ustalıqla qələmə aldığı əsərlərin mahiyyətindən bəhs edilir. Tədqiqatçılar əsaslandırırlar ki, Mir Cəlal Paşayev əsərləri bütün dövrlərdə cəlbedici olmuş, geniş oxucu auditoriyasına sahib çıxa bilmişdir.
Nəfis tərtibatda oxucuların görüşünə gələn jurnalda görkəmli ədibin həyatını əks etdirən maraqlı fotolara da yer ayrılıb.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
“Son nəfəsədək” filmi nümayiş olunub
22.07.2019
‘‘Saraybosnanın Qəlbi“ mükafatı uğrunda 53 film mübarizә aparacaq
21.07.2019
Azərbaycanlı rejissorun üç filmi İtaliyada bir gündə 3 mükafata layiq görülüb
19.07.2019
CinemaPlus-da “Media günü”
19.07.2019
Xatirələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info