İnformasiya müharibəsində Azərbaycan gənclərinin uguru
Tarix: 07.12.2018 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


BMT Təhlükəsizlik Şurasında münaqişələrin qarşısının alınmasında və nizamlanmasında dövlətlərin, regional mexanizmlərin və Birləşmiş Millətlər Təşkilatının rolu məsələsinə həsr edilmiş açıq debatlar təşkil edilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev gündəliyin müvafiq bəndi çərçivəsində “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması sahəsində BMT ilə regional və subregional təşkilatlar arasında əməkdaşlıq” mövzusunda çıxış edib.
Yaşar Əliyev öz çıxışında vurğulayıb ki, münaqişələrin qarşısının alınması sülhün təmin olunmasında həlledici əhəmiyyətə malikdir və bu istiqamətdə uğurlu səylər bir sıra hallarda gərginliyi azaldıb, qan tökülməsinin qarşısını almağa kömək edib. Diplomat daha sonra deyib ki, BMT ilə regional mexanizmlər arasında əməkdaşlığın möhkəmlənməsində - beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasından, humanitar yardım göstərilməsindən başlamış insan haqlarının inkişafına və müdafiəsinə qədər bütün sahələrdə xeyli irəliləyiş əldə edilib, lakin, bununla bərabər, hələ də ciddi problemlər qalmaqdadır. Digər dövlət tərəfindən silahlı təcavüzə, hərbi işğala və etnik təmizləmələrə məruz qalmış Azərbaycanın faktiki təcrübəsi bu problemlərin aktuallığına əyani sübutdur. Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, yaranmış vəziyyətin beynəlxalq birlik tərəfindən pislənməsinə, münaqişənin nizamlanması üçün ATƏT çərçivəsində səylərin davam etdirilməsinə baxmayaraq, Dağlıq Qarabağ və Azərbaycanın bu bölgəyə bitişik yeddi rayonu hələ də hərbi işğal altındadır. Eyni zamanda işğal olunmuş ərazilərin müstəmləkələşdirilməsini və ilhaq olunmasını təmin etmək məqsədilə həmin ərazilərdə qərəzli hərəkətlər törədilir, bu isə beynəlxalq hüquq normalarının açıq-aşkar pozulması deməkdir.
Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi deyib ki, müasir münaqişələrin çoxu daxili böhranlardır, onların əksəriyyətinin baş verdiyi mühitdəki yeni təhdid və problemlər vəziyyəti daha da gərginləşdirir. Eyni zamanda, son illərdə bu münaqişənin xarakteri xeyli dəyişib. Tamamilə aşkardır ki, son onilliklərdə dövlətdaxili və dövlətlərarası münaqişələr arasında hədd get-gedə aradan qalxmaqdadır. Dövlətlərin təcavüzü maskalamaq və digər dövlətlərin ərazisində münaqişələrin qızışdırılmasında öz rolunu gizlətmək cəhdləri çoxalır. Aşkardır ki, belə hallar beynəlxalq sistemin və mexanizmin gücləndirilməsini, habelə münaqişələrin qarşısının alınması və nizamlanması məsələləri ilə məşğul olan müxtəlif regional və subregional təşkilatların fəallaşmasını tələb edir.

“Təcavüzkarlar tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin təhrif olunması hallarına qarşı beynəlxalq mübarizənin üsul və vasitələrinin müəyyən edilməsində ardıcıllığı gözləmək zəruridir”
Y.Əliyev vurğulayıb ki, beynəlxalq hüququ pozanlar hərbi işğalın nəticələrini möhkəmlətmək üçün bəzi hallarda regional mexanizmlərdən sui-istifadə edir, regional münaqişələrin və təhlükəsizliyin təmin edilməsi sahəsində digər problemlərin nizamlanmasına yönəlmiş səyləri pozurlar. O qeyd edib ki, böhranlara və münaqişələrə, habelə təcavüzkarlar tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin təhrif olunması hallarına qarşı beynəlxalq mübarizənin üsul və vasitələrinin müəyyən edilməsində ardıcıllığı gözləmək zəruridir. Təbii ki, BMT-nin əsas orqanları tərəfindən qəbul edilmiş qətnamələrə riayət edilməsi və bununla əlaqədar hesabat verilməsi bu istiqamətdə kollektiv səylərin ayrılmaz tərkib hissəsinə çevrilməlidir. Y.Əliyev deyib ki, beynəlxalq münasibətlərdə əsas normativ çərçivələr BMT Nizamnaməsinin məqsəd və prinsipləri ilə müəyyən edilir. Münaqişələrin əsas səbəb və xarakteristikalarından asılı olmayaraq, onların nizamlanmasında hamılıqla qəbul edilmiş qaydaların və onların universal tətbiqinin alternativi yoxdur.
Y.Əliyev çıxışının sonunda vurğulayıb ki, dövlətlərin öz üzərinə götürdüyü, bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, onların beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət prinsipinə əsaslanan öhdəliklərin vicdanla yerinə yetirilməsi beynəlxalq və regional sülh və təhlükəsizliyin qorunması üçün zəruri ilkin şərt, iqtisadi əməkdaşlığın və davamlı inkişafın əsasıdır. Yeniləşdirilmiş və gücləndirilmiş çoxtərəfli sistemin dəstəklənməsi bizim ümumi vəzifəmizdir. Beynəlxalq təhlükəsizliyin təmin olunmasında dövlətlərin, regional, subregional və digər hökumətlərarası təşkilatların iştirakı, onların BMT ilə sıx əməkdaşlığı möhkəmləndirilməli və dünyanın yenidən formalaşdırılmış arxitekturasına inteqrasiya edilməlidir. Azərbaycan bu prosesdə fəal tərəfdaş olaraq qalacaq.

“Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin Türkiyədə təqdimatı olub
Yeri gəlmişkən, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) və Azərbaycan Respublikası Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində Türkiyənin İstanbul şəhərində “Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin təqdimatı həyata keçirilib, layihənin ölkə hüdudlarından kənara ilk təqdimatı reallaşıb. İstanbul Aydın Universitetinin rəhbərliyinin və tələbələrin, Azərbaycanın İstanbuldakı Baş konsulluğunun, QHT rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə hər iki ölkənin Dövlət himnləri səsləndirilib, Qarabağda vəhşicəsinə qətl edilən günahsız insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Lalə Mehdiyeva müasir günümüzün tələbləri çərçivəsində reallaşan layihə haqqında tədbir iştirakçılarını məlumatlandırıb. İnternetə bağlanaraq telefona yüklənən mobil tətbiqetmə proqramı sayəsində 30 ildir Ermənistanın işğalı altında olan Qarabağla bağlı reallıqların üç dildə, foto və videolarla təqdim olunduğunu bildirib. Təşkilat sədri videogörüntü vasitəsilə proqramın telefonlara yüklənməsi prosesini göstərib və proqramda yer alan informasiya lövhələri haqqında məlumatlar verib. Mobil proqramın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə araşdırmalar aparan ekspertlərin, soydaşlarımızın və bütün dünyada yaşayan mobil telefon istifadəçilərinin gündəlik xəbər əldə etməsini asanlaşdıracağını bildirib. O, çıxışında Qarabağ haqqında həqiqətlər, o torpaqlarda viran edilmiş tarixi abidələr, mədəni abidələr haqqında məlumatların çağdaş dövrün tələblərinə uyğun olaraq vahid mobil bazada yığılmasının əhəmiyyətindən danışıb. L.Mehdiyeva çıxışında Azərbaycan və Türkiyəni bir-birinə bağlayan qardaşlıq bağı olduğunu və bu qardaşlıq nümunəsində bugünkü tədbiri məhz qardaş ölkədə keçirildiyini qeyd edib.
Daha sonra “Türk Dünyası Gənclərinin İnformasiya müharibəsində rolu” mövzusunda keçirilən paneldə çıxış edən İstanbul Aydın Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin direktoru Şamil Ərdoğan Azərbaycan gəncliyinin bütün dünyada aktiv fəaliyyətinin gözlə görülən dərəcədə olduğunu deyib.
Azərbaycanın İstanbuldakı konsulu Yadulla Paşayev çıxış edərək “Qarabağ” mobil tətbiqetməsinin müasir dövrümüzdə yeni texnologiyalar vasitəsilə ictimaiyyətə çatdırılmasının vacibliyini qeyd edərək Qarabağ tarixi və həqiqətləri barədə məlumat verib.
Professor Qarabağ haqqında məlumatların telefonlar vasitəsilə dünyaya yayılmasını informasiya müharibəsində Azərbaycan gəncliyinin uğuru adlandırıb.
Çıxışçılar Azərbaycan Respublikası Gənclər fondunun təmsilçisi Mübariz Qədimov, İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı, Türkiyə Gənclər təşkilatı Vəqfının sədri İsmayıl Hakkı Şener, politoloq Ramilə Məmmədova, azərbaycanlı tələbə Rəşad Rza müasir informasiya texnologiyalarından istifadənin günümüzün ən böyük gücü olduğunu bildiriblər və bunun üçün türk gəncliyini birləşməyə çağırıblar. Türk dünyasının problemlərinin həlli üçün son illərin soyuq savaş olaraq bilinən informasiya müharibəsində aktiv iştirak etməklə bərabər, gəncliyin bu mövzuda üzərinə düşən vəzifələrindən danışılıb.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
BMT-yə bəyanat ünvanlandı: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”
18.03.2019
Münaqişənin həllinin yeganə yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır
15.03.2019
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların formatının dəyişdirilməsi ədalətsiz olardı”
15.03.2019
Savelyev: “Ermənistan rəhbərliyi Dağlıq Qarabağla bağlı danışıqlar prosesini dalana dirəməyə cəhd göstərir”
14.03.2019
“Ermənistan hökumətinin danışıqların formatını dəyişməyə cəhd etməsi qəbuledilməzdir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info