Leyla Əliyeva aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forumda iştirak edib- YENİLƏNİB
Tarix: 10.12.2018 | Saat: 12:52:00 | E-mail | Çapa göndər


Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda beynəlxalq forum işə başlayıb. Kənd Təsərrüfatı və Energetika nazirliklərinin birgə təşkilatçılığı ilə ADA Universitetində keçirilən forumun açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva, dövlət qurumlarının rəsmiləri, fermer təsərrüfatlarının rəhbərləri, yaşıl texnologiyalar üzrə xarici ekspertlər, startap və texnoloji şirkətlərin nümayəndələri, özəl sektorun təmsilçiləri iştirak edib. “Yaşıl gələcək üçün innovasiyalar” şüarı ilə keçirilən forumda çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev deyib: “Hazırda yaşıl enerji və bu sahənin inkişafı üçün texnologiyalar dünyada geniş yayılıb. ADA Universiteti də bu sahəni diqqətdə saxlayır. Universitetin mövcud kampusu yaşıl və smart texnologiyası əsasında qurulub. Ümumilikdə, 50 faiz enerji bu mənbələrdən, xüsusilə geotermal enerji mənbələrindən əldə edilir. Hazırda ADA Universitetində yeni binalar da inşa olunur. Bütün bu texnologiyaların tətbiqi burada təhsil alan tələbələrin təcrübə və biliklərinin artırılmasına öz təsirini göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva ətraf mühitin qorunması, təhlükəsiz, sağlam və yaşıl gələcəyə təminat verən çoxsaylı təşəbbüslərlə yanaşı, ADA Universitetində keçirilən beynəlxalq tədbirlərdə məmnuniyyətlə iştirak edir”. Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, bu cür əhəmiyyətli beynəlxalq forumun ölkəmizdə keçirilməsi Azərbaycanın bütün əməkdaşlıq sahələri üzrə hər zaman etibarlı tərəfdaş olduğunu təsdiqləyir: “Hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafı ən aktual məsələlərdən birinə çevrilib. Qeyri-neft sektorunun önəmli bir sahəsi olan aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkədə kənd təsərrüfatı sürətlə inkişaf edir. Ümumi daxili məhsulda kənd təsərrüfatının payı artır. İxracda qeyri-neft sektorunun payı, o cümlədən kənd təsərrüfatı məhsullarının payı yüksəlib”. İ.Kərimov qeyd edib ki, bu forum fermerlərə belə innovativ yeniliklərlə tanış olmaq imkanı verir. Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli deyib ki, ölkəsi kənd təsərrüfatı sahəsində tətbiq etdiyi yenilikləri Azərbaycanla bölüşməyə hazırdır. Türkiyədə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar barədə məlumat verən nazir bildirib ki, bu istiqamətdə Azərbaycanla fikir mübadiləsi aparmaq iki ölkənin əməkdaşlığının inkişafina töhfə verəcək. Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Azər Əmiraslanov bildirib ki, ölkədə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və rasional qidalanmasının təmin edilməsi diqqətdə saxlanılır: “Kənd təsərrüfatı iqtisadiyyatın mühüm sahəsidir. Aqrar sektor nə qədər inkişaf etsə də biz ekoloji tələbləri gözləməli, ekosistemi qorumalıyıq”. A.Əmiraslanov deyib ki, bu gün aqrar siyasətin başlıca vəzifəsi effektivlik meyarlarının və ekoloji tələbləri səmərəli şəkildə uzlaşdırmaqdan ibarətdir. Hazırda ölkədə kənd təsərrüfatının inkişafına yönəlmiş sistemli və kompleks tədbirlər görülür. Aqrar sahənin inkişafı üçün strateji məqsədlər, vəzifələr, prinsiplər və hədəflər müəyyən olunub. Aqrar sektor Azərbaycanda prioritet sahə elan edilib. Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi qeyd edib ki, kənd təsərrüfatı son yarım əsrdə çox ciddi texnoloji yeniləşmə dövrü keçib: “Hazırda müasir kənd təsərrüfatı mürəkkəb və bahalı texnologiyalara əsaslanan, eyni zamanda, böyük investisiyalar tələb edən istehsal sahəsinə çevrilib. Yeni bitki sortlarının tətbiqi, mütərəqqi suvarma sistemlərinin istifadə edilməsi, kənd təsərrüfatının sənayeləşdirilməsi yaşıl inqilabın əsas istiqamətləridir. Bu istiqamətdə ölkəmizdə də mühüm addımlar atılıb. Lakin hələ görüləcək xeyli işlər var. Prezident İlham Əliyevin əsas tapşırıqlarından biri aqrar sahədə yeni texnologiyaların geniş tətbiq edilməsi, elektron kənd təsərrüfatı sisteminin tətbiq olunması, yer səthinin müşahidə peykinin imkanlarından həm ekoloji siyasətin, həm də aqrar siyasətin məqsədləri üçün geniş istifadə edilməsindən ibarətdir. Rəqəmsal texnologiyaların kənd təsərrüfatında tətbiqi məqsəd deyil, vasitədir. Bu, məhsuldarlığın yüksəldilməsi, aqrar idarəetmənin təkmilləşdirilməsi, kənd təsərrüfatına dövlət dəstəyinin daha səmərəli təşkil edilməsinin vasitəsidir”. Energetika naziri Pərviz Şahbazov deyib ki, forumun əsas məqsədi aqrar və energetika sahələrinin gələcəyi, aqrar sahədə yeni texnologiyaların, o cümlədən yaşıl enerjinin tətbiqi kimi aktual mövzular ətrafında fikir mübadiləsinin aparılmasından, bu sahədə qabaqcıl təcrübəyə və dünyada müşahidə olunan trendlərə nəzər salmaqdan ibarətdir. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib ki, forum aktual mövzuya həsr olunub və BMT-nin 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinin icrası baxımından da olduqca əhəmiyyətlidir. Dünyanın 15-ə yaxın ölkəsindən 40-dək xarici mütəxəssisi bir araya toplayan forumun əsas məqsədi Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info