“İrəli”nin “Azərbaycanın İntellektual Birİncisi” layihəsininin icrası başa çatıb
Tarix: 10.12.2018 | Saat: 12:55:00 | E-mail | Çapa göndər


“İrəli” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin 3-cü mövsümünə dekabrın 8-də yekun vurulub. Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan final mərhələsi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov tədbirdə çıxış edərək belə layihələrin həyata keçirilməsinin gənclərin inkişafında əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, gənclərin intellektual oyunlarda iştirakı onların zehni inkişafına, bilik və bacarıqlarının artırılmasına böyük töhfə verir.
“İrəli” İctimai Birliyiin sədri MirHəsən Seyidov çıxış edərək bildirib: “Bu kimi intellektual yarışların keçirilməsi gənclərin bilik və bacarıqlarını sərgiləməsinə böyük töhfə və təkan verir. Məhz Azərbaycanda yeni nəslin elmə olan inkişafını vurğulamaq istəyirəm. Ötən illərlə müqayisədə gənclər təhsil almağa daha çox meyl göstərır. Bu da ölkə başçısının elm işçilərinə , təhsilə, sağlam və intellektual gənclərin olması üçün apardığı uğurlu siyasətin nəticəsidir. Doğma diyarımızın hər bir bölgəsindən olan gənclər öz biliklərini yoxlamaq üçün bizim yarışmaya qatıldılar. Mən bütün layihə iştirakçılarını təbrik edirəm. İnanıram ki, bu gənclər ölkəmizi xaricdə təmsil edəcək insanlar olmaqla yanaşı, bütün Azərbaycan gəncliyinə bir stimul olacaqlar. Biz də bir təşkilat olaraq Azərbaycan gənclərinə və gəncliyinə hər zaman dəstək olmuşuq və olacağıq.”
Sədr onu da qeyd edib ki, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi öz əksini tapır. “Azərbaycan İntellektual Birİncisi” layihəsi Dövlət Proqramının alt sənədinə uyğun olaraq həyata keçirilib. Bildirilib ki, Azərbaycanın bütün regionlarını əhatə edən layihənin məqsədi ölkə gənclərinin maarifləndirilməsi və intellektual potensiallarının qiymətləndirilməsi olub. Sədr çıxışının sonunda qeyd edib ki, növbəti il layihələrimizi işğal altında olan torpaqlarımızda həyata keçirəcəyimizə ümid edirik.
Daha sonra "Azərbaycanın intellektual birİncisi" layihəsi haqqında məlumat verilib. Bildirilib ki, gənclərin maarifləndirilməsinə istiqamətlənən və ölkəmizin 11 regionunda 4 intellektual oyun üzrə baş tutan layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkəmizin 70-dən çox rayonundan 1500 gənc iştirak edib. Layihə 2 mərhələdən ibarət olub. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilib. Birinci mərhələdə regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanıb."
Layihənin yekununda “Vətəni tanı” oyunu üzrə Xətai rayonunun, “Axtar tap” oyununun nəticələrinə görə Naxçıvan MR, “Nə, harada, nə zaman?”, “Xəmsə” oyunu üzrə isə Abşeron komandasının gənc intellektualları qalib adını qazanaraq, birincilik əldə ediblər.
Qalib gələn komandalar medallar, şəhadətnamələr və hədiyyələrlə təltif olunublar.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib
16.10.2019
AGAT-a yeni sədr seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info