DMX «Miqrasiya proseslərinin dövlət tənzimlənməsi» istiqaməti üzrə ixtisasartırma kursu təşkil edib
Tarix: 10.12.2018 | Saat: 13:52:00 | E-mail | Çapa göndər


Dövlət Miqrasiya Xidməti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq çərçivəsində DİA-nın “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsində «Miqrasiya proseslərinin dövlət tənzimlənməsi» istiqaməti üzrə ixtisasartırma kursunun açılış mərasimi olub.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və DİA-nın rektoru, akademik Urxan Ələkbərov çıxış edərək ölkədə miqrasiya proseslərinin idarə olunması və bu istiqamətdə aparılan dövlət siyasətinin hüquq mühafizə və digər dövlət qurumlarında çalışan rəhbər əməkdaşlara çatdırılması, izahı və şərh edilməsi məqsədilə təşkil edilən kursun əhəmiyyətindən danışıblar. Bildirilib ki, kurs DMX ilə DİA-nın sıx əməkdaşlığı çərçivəsində ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti orqanları əməkdaşlarının miqrasiya sahəsində ixtisaslarının artırılması, peşə bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə təşkil edilən tədbirlərin bir nümunəsidir. İxtisasartırma kursu respublikada miqrasiya sahəsinə aid islahatların aktual problemləri, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, beynəlxalq insan hüquqları konsepsiyası və digər məsələlərlə bağlı biliklərin sistemləşdirilməsinə, dinləyicilərə yeni biliklərin verilməsinə xidmət edir.
Qeyd edək ki, 4 gün davam edəcək kurslara Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatı, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən 30 əməkdaş cəlb edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info