“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
Tarix: 10.12.2018 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Kürdəmirdə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb


Dekabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusundakı ikigünlük seminar-treninq öz işinə başlayıb.
Tədbirdə DQİDK və RİH-in rəhbər şəxsləri, eləcə də rayon məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov bildirib ki, dini etiqad azadlığına və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına dövlət tərəfindən böyük qayğı göstərilir. Onun sözlərinə görə, ölkəmizdə dini ibadətgahların tikintisi və əsaslı təmiri ölkə rəhbərliyinin Azərbaycan dindarlarına diqqət və qayğısının bariz nümunəsidir Daha sonra çıxış edən Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov qeyd edib ki, tolerantlıq xalqımızın qədimdən gələn ənənəsidir. Natiq vurğulayıb ki, respublikamızda müxtəlif millətlərin nümayəndələri tarixən dinc şəraitdə yaşayıblar və Azərbaycan xalqı ölkə ərazisində yaşayan xalqlara hər zaman tolerant münasibət göstərib. Üç səmavi dinin nümayəndələri öz dini inanclarını burada sərbəst şəkildə yerinə yetirirlər. “Respublikamızda müxtəlif xalqlar qarşılıqlı hörmət, əmin-amanlıq şəraitində yaşayır, bir-birinin dininə, milli adət-ənənələrinə və digər fərqli xüsusiyyətlərinə daim sayğı ilə
yanaşırlar”,-deyə G.İsmayılov əlavə edib. Natiq, eyni zamanda dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün prioritet məsələ olacağını vurğulayıb. Sədr müavini cəmiyyətimizin, xüsusilə gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb. Müzakirələrlə davam edən seminar-treninq dekabrın 11-də öz işini davam etdirəcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info