Dövlət qulluğu üzrə müsahibəyə 737 vakant vəzifə çıxarılıb
Tarix: 10.12.2018 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Noyabrın 5-də elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyənləşdirilib. Müsahibələrin dekabrın 17-dən gələn il yanvarın 23-dək Dövlət İmtahan Mərkəzinin (DİM) inzibati binalarında keçirilməsi planlaşdırılır.
DİM-dən bildirilib ki, müsahibə elanına çıxarılmış 11 dövlət orqanında mövcud olan 737 vakant vəzifə üçün müsahibələrdə iştirak etmək məqsədilə ümumilikdə 366 namizəd qeydiyyatdan keçib. Namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı http://eservices.dim.gov.az/dqq/Report/MsbMshQrafikiList linkindən əldə edə bilərlər.
Müsahibəyə çıxarılan vəzifələr arasında daha çox rəqabət Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin hüquq, kadr və kargüzarlığın təşkili sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 55 namizəd), Baş Dövlət Texniki Nəzarət Xidmətinin hüquq, insan resursları və kargüzarlıq sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 51 namizəd), Qida Təhlükəsizliyi Agentliyinin hüquq, kadr və icraya nəzarət şöbəsinin dövlət qulluğu və kadr məsələləri sektorunda məsləhətçi (1 vakant yer üzrə 43 namizəd) vəzifələri üzrə müşahidə edilib.
Qeyd edək ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib açılan müraciət formasında "İmtina" düyməsini sıxmaq lazımdır.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info