“Sondakika.com”: “ASAN xidmət” Azərbaycanda son illərdə həyata keçirilən islahatlara ən əhəmiyyətli nümunədir”
Tarix: 10.12.2018 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlıq yeni nailiyyətlərin əldə edilməsinə gətirib çıxarır. İki ölkə arasında reallaşan birgə layihələrin bir çoxu nəhəngliyi ilə iqtisadiyyatın inkişafında mühüm rol oynayıb. Bu gün də bir çox sahələrdə bu əməkdaşlıq davam edir, yeni layihələr həyata keçirilir və bu istiqamətdə görülən işlərdən biri də fəaliyyətin daha da genişləndirilməsi sahəsində təcrübələrin qarşılıqlı olaraq bölüşdürülməsidir.
“Sondakika.com” saytında öz əksini tapan yazılardan biri də məhz belə bir əməkdaşlığa həsr edilib. “Türkiyənin e-hökumət təcrübəsi Azərbaycanla bölüşdürüldü” başlıqlı yazıda qeyd edilib ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və TÜRKSAT birgə əməkdaşlıq çərçivəsində Türkiyənin e-dövlət sahəsində malik olduğu təcrübənin Azərbaycanla bölüşdürülməsi məqsədilə bu ölkədən gedən nümayəndə heyəti üçün xüsusi proqram təşkil edib.
Proqram çərçivəsində, Azərbaycan Elektron Hökumət İnkişaf Mərkəzi nümayəndələrinin Türkiyədə e-dövlət tətbiqləri ilə bağlı işləri icra edən təşkilat və qurumların təcrübələrini yerində araşdırmaları və mütəxəssislərlə məlumat mübadiləsi aparmaları təmin edilib.
Azərbaycanda e-hökumətin tətbiqindən məsul olan və TİKA ilə yaxın əməkdaşlıq edən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin heyəti dövlət xidmətlərinin e-hökumət üzərindən elektron mühitdə təqdimatı ilə əlaqədar prosesləri yerində öyrəniblər.
TİKA və TÜRKSAT əməkdaşlığında tətbiq olunan təcrübənin bölüşdürülməsi proqramı çərçivəsində, “ASAN xidmət” Elektron Hökumətin İnkişafı Mərkəzinin heyətinə e-hökumətin infrastrukturu və təşkilati arxitekturası, idarəedici təşkilat və onun səlahiyyətli şəxsləri, məlumat sistemlərinin yaradılması və məlumatların idarə edilməsi sahəsində qanunvericilik, e-xidmətlərin, informasiya sistemlərinin qiymətləndirilməsi və inkişafı, elektron sənədlərin idarə edilməsi sistemi, e-məhkəmə təcrübələri, e-səhiyyə xidmətləri kimi sahələrdə məlumatlar verilib.
Azərbaycan nümayəndə heyəti proqram çərçivəsində, “www.turkiye.gov.tr” ünvanı əsasında təqdim edilən xidmətlər və həll yolları ilə yanaşı, Türkiyənin Nəqliyyat və İnfrastruktur, Ekologiya və şəhərsalma, Milli müdafiə, Ticarət və Səhiyyə nazirlikləri tərəfindən həyata keçirilən e-hökumət tətbiqləri ilə əlaqədar təcrübə əldə etmə imkanı da qazanıblar.
Proqram əsasında e-hökumət sahəsində Türkiyə təcrübəsinin Azərbaycanla bölüşdürülərək bu ölkənin e-hökumət xidmətlərinin inkişaf etdirilməsi və keyfiyyətinin yüksəldilməsi, əhatə və məzmununun genişləndirilməsinə dəstək verilib. Proqram, e-hökumət xidmət və tətbiqlər sahəsində Azərbaycanın korporativ informasiya və təcrübələrin inkişaf etdirilməsinə imkan yaradaraq ölkədə dövlət strukturları və vətəndaşyönümlü xidmətlərdə əhəmiyyətli bir mövqeyə malik olan “ASAN xidmət”in təşkilati fəaliyyətinin gücləndirilməsini təmin edir.

“ASAN xidmət” 400-dən çox sahəyə xidmət göstərir

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət” Azərbaycanda son illərdə həyata keçirilən inzibati islahatlar mənasında ən əhəmiyyətli nümunədir və dövlət xidmətləri sahəsində BMT-dən mükafat alan bir təşkilat olaraq xidmət göstərir. Vətəndaşlara şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi, ev sənədi, arxiv, nikah, çalışmaq üçün iş icazəsi almaq başda olmaqla dövlət tərəfindən təqdim edilən ictimai xidmətlərini yalnız bir mərkəzdə təqdim edən “ASAN xidmət” Bakı və bölgələrdəki ofisləri, səyyar xidmətləri ilə mərkəz olmayan bölgələrdə vətəndaşlara xidmət edir . "ASAN xidmət" elektron hökumət adresi olan e-gov.az və digər elektron resurslar vasitəsilə vətəndaşlara 400-dən çox elektron xidmət göstərir.
TİKA ilə “ASAN xidmət” arasında məhsuldar bir əməkdaşlıq zəmini yaradılaraq bu günə qədər dövlət qurumlarına istiqamətli informasiya təhsilləri, “ASAN xidmət” nəzdində radio qurulması, Azərbaycanda e-viza tətbiqinin başladılması, ABAD sənətkarlıq Mərkəzi qurulmasına yönəlmiş layihə və fəaliyyətlər həyata keçirilib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info