Qafqaz Müsəlmanları İdarəsində ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib
Tarix: 11.12.2018 | Saat: 13:04:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, akademik Teymur Bünyadov, professor Qəzənfər Paşayev, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, din xadimləri və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan A.Paşazadə ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi üçün gördüyü işlərdən, dinə diqqət və qayğısından danışıb: "Heydər Əliyev Azərbaycana, dinimizə, milli dəyərlərimizə bağlı insan idi. Dinindən, dilindən asılı olmayaraq Azərbaycan vətəndaşlarına eyni münasibət bəsləyən Heydər Əliyev illərin sınağından çıxmış adət və ənənələrə ehtiramla yanaşırdı".
QMİ sədri deyib ki, Heydər Əliyev Azərbaycanı dağılmaq, xəritədən silinmək təhlükəsindən xilas etdi: "Azərbaycan dağılmaq, xəritədən silinmək həddində olarkən Allahın mərhəməti və xalqın çağırışı, dəstəyi ilə ulu öndər Heydər Əliyev Azərbaycana gəldi və müstəqilliyimizin əbədiliyini təmin etdi, dövlətçiliyi bizə əmanət qoydu. Lakin Heydər Əliyevin bizə ən böyük əmanəti onun irsinin və siyasətinin davamçısı İlham Əliyevdir”.
Daha sonra çıxış edən M.Qurbanlı ulu öndərin dinə, mənəvi dəyərlərə bağlılığından bəhs edib. O qeyd edib ki, Heydər Əliyev dini qaydalara çox ciddi əməl edirdi və başqalarına da bunu tövsiyə edirdi.
Tədbirdə çıxış edən akademik T.Bünyadov deyib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan tarixi üçün əvəzedilməz bir şəxsiyyətdir: "Heydər Əliyev müstəqilliyimizin, dövlətçiliyimizin qurucusu, uzaqgörən, dahi bir şəxsiyyət idi və Azərbaycanın gələcəyini təmin etdi. Heydər Əliyev olmasaydı, bu gün Azərbaycan adlı dövlət olmazdı. Bu gün Heydər Əliyevin işi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Tədbirdə çıxış edən digər iştirakçılar da ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və dövlətçiliyinin möhkəmlənməsi, gələcək inkişafı üçün gördüyü işlərdən danışıblar.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info