Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə və uşaqlara həsr olunmuş xüsusi poçt markası nəşr edilib
Tarix: 11.12.2018 | Saat: 14:40:00 | E-mail | Çapa göndər


Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNICEF) Azərbaycan hökuməti ilə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xatirə poçt markası nəşr edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azərmarka” MMC-nin direktoru Leyla Güləliyevanın və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardinin iştirakı ilə marka imzalanaraq möhürlənib.
Mərasimdə E.Karvardin bildirib ki, UNICEF Azərbaycandakı fəaliyyətinin dörddə bir əsrini qeyd etməkdən qürur duyur.
“Azərbaycan iqtisadi və sosial baxımdan sürətlə inkişaf etdiyi üçün UNICEF bütün uşaqların eyni imkanlara, eyni şanslara malik olması və onların hüquqlarına eyni hörmətlə yanaşılması ideologiyasına sadiq olaraq qalır. UNICEF-in Azərbaycandakı hər bir uşaq naminə ötən 25 ildəki fəaliyyət və tərəfdaşlığını qeyd etmək üçün hökumətin bu hədiyyəsini qəbul etməkdən xoşbəxtlik duyuruq”.
Bu poçt markasında çətir altında dayanan bir uşaq silueti əks olunub. Onun əlindən tutan böyük insan əli isə dünyadakı hər bir uşaq üçün qayğı və müdafiənin vacibliyini xarakterizə edir. Məhdud sayda olan xüsusi buraxılış markalarını poçt şöbə və filiallarından, eləcə də, “Şəbəkə” xidmət mərkəzlərindən əldə etmək mümkündür.
Azərbaycan 1992-ci ildə dünyada Uşaq Hüquqları haqqında Konvensiyanı ratifikasiya edən ilk ölkələrdəndir. UNICEF-in ilk ölkə proqramının əsası isə 1993-cü ildə qoyulub.
Ötən müddət ərzində UNICEF hökumət, vətəndaş cəmiyyəti və yerli icmalarla birgə işləməklə Azərbaycandakı uşaq və qadınlar naminə ciddi irəliləyişə töhfə verib. Bu fəaliyyətlər arasında Azərbaycanın poliomielit xəstəliyindən azad ölkəyə çevrilməsinə kömək edilməsi və digər qarşısı alına bilən xəstəliklərin yayılmasının azaldılması, inkişaf ləngiməsi kimi halları azaltmaq üçün bütün ölkədə duzun yodlaşdırılmasının tətbiqi, ibtidai məktəbdə iştirak səviyyəsinin 90%-dən yuxarı çatdırılması, beşyaşlı uşaqlar üçün məktəbə ilkin hazırlıq proqramının tətbiqi və dövlət uşaq müəssisələrində yaşayan uşaqların sayının yarıya endirilməsi kimi məsələləri qeyd etmək olar.

Anar




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info