Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Tarix: 11.12.2018 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


Dekabrın 11-də Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) müasir Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Qulu Novruzov deyib ki. Heydər Əliyev irsi nə qədər öyrənilsə, nə qədər tədqiq və təbliğ olunsa da, yenə bu sahədə tədqiqatlara, araşdırmalara ehtiyac vardır. Azərbaycan xalqının, Azərbaycan dövlətinin, dövlətçiliyinin təşəkkülündə, dövlətçilik ideyalarının, bütövlükdə güclü müasir Azərbaycan dövlətinin formalaşmasında yeri və rolunun əvəzedilməz olduğunu vurğulayan Akademiya rəisi Heydər Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində ölkəmizdə yaranan sabitlikdən, milli dövlətçilik ideyalarının gerçəkləşməsindəki əvəzsiz xidmətlərindən söz açıb. O, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun, inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
“İqtisadiyyat” ixtisasının 2-ci kurs, 410-cu qrup tələbəsi Orxan Yusifov və “Hüquqşünaslıq” ixtisasının 1-ci kurs, 220-ci qrup tələbəsi Cəbrayıl Məmmədzadə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş təqdimatlarla çıxış ediblər.
Tədris və innovasiyalar üzrə rəis müavini Ramiz Hümbətovun “Heydər Əliyev fenomeni – arqumentlər və faktlar” mövzusunda məruzəsi dinlənilib.
Çıxışçılar ölkəmizdə qazanılan bütün nailiyyətlərin dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu bildiriblər. Ulu Öndər Heydər Əliyevin dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən danışaraq onun tariximizdəki müstəsna rolundan bəhs ediblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info