DTX-nın şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
Tarix: 11.12.2018 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Dekabrın 11-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad edib.
AZƏRTAC xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, Xidmətin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, DTX-nin N saylı hərbi hissəsinin zabit və əsgərləri Fəxri xiyabanda Ulu Öndərin məzarı önünə əklil qoydular, xatirəsinə ehtiramlarını bildirdilər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olundu.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarının inkişafında da mühüm xidmətləri var. Hələ sovet dövründə bu xidmətdə milliləşmə siyasətinin aparılmasında dahi şəxsiyyətin rolu böyükdür. Ulu Öndərin əsasını qoyduğu şanlı məktəbin ənənələrini qürur və şərəflə yaşadan DTX-nin şəxsi heyəti müstəqilliyimizin və dövlətçiliyimizin etibarlı qorunması işini əzmlə davam etdirir və Xidmətin hər bir əməkdaşı bununla fəxr edir. Bu gün xalqımız qəti əmindir ki, Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə daha da inamla addımlayan ölkəmiz yeni-yeni uğurlara imza atacaq və Azərbaycan əsgəri qarşısına qoyulan istənilən tapşırığı yüksək səviyyədə yerinə yetirməyə qadirdir.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib
16.10.2019
AGAT-a yeni sədr seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info