“Bakcell”dən möhtəşəm Yeni İl hədiyyəsi: 20 qiqabayta qədər pulsuz internet
Tarix: 11.12.2018 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti qarşıdan gələn Yeni İl münasibətilə öz abunəçilərini xüsusi kampaniya ilə sevindirir. Yeni kampaniyanın şərtlərinə əsasən, 1 GB və daha irihəcmli İnternet paketini əldə edən hər bir “Bakcell” abunəçisinə eyni həcmdə pulsuz 4G trafik hədiyyə olunacaq. Dekabrın 5-dən 2019-cu il yanvarın 31-dək keçiriləcək kampaniya sayəsində abunəçilər 20 qiqabayta qədər pulsuz 4G internet əldə edə biləcəklər. Kampaniya “Bakcell”in 1 GB-dən 20 GB-dək həcmində olan sərfəli internet paketlərin geniş çeşidinə şamil edilir. Kampaniyada iştirak edib “Bakcell”dən xüsusi Yeni İl hədiyyəsi almaq üçün, abunəçilər, sadəcə, kampaniya ilə əhatə olunmuş internet paketlərinin birini (1 GB, 1.5 GB, 3 GB, 5 GB, 10 GB, 20 GB) əldə etməlidirlər. Pulsuz 4G internet trafiki dərhal onların istifadə etdiyi nömrənin balansına yükləniləcək. Həmçinin qeyd etmək lazımdır ki, kampaniya müddətində “Bakcell” abunəçiləri yaşadıqları əraziyə yaxın olan “Bakcell” Müştəri Xidməti Mərkəzinə və ya “Bakcell”in diler dükanına yaxınlaşıb öz köhnə SİM kartını yeni 4G SİM-kartı ilə pulsuz dəyişə bilərlər. Pulsuz internet yalnız “Bakcell” şirkətinin 4G şəbəkəsində 30 gün ərzində istifadə oluna bilər. Həmin müddət ərzində abunəçilər ölkənin ən sürətli və ən geniş 4G/LTE şəbəkəsinin üstünlüklərindən yararlana biləcək. “Bakcell” şirkətinin qurduğu ən müasir 4G şəbəkəsi abunəçilərə öz smatrfonlarının ən maraqlı funksiyalarından tam şəkildə istifadə imkanı verir. Bu isə o deməkdir ki, sözügedən texnologiya sayəsində “Bakcell” abunəçiləri yüksək həllolma əmsalı ilə 4K kontentini izləmək və yükləmək, əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video izləmək, canlı konsert və idman proqramlarına baxmaq və mürəkkəb yeni nəsil mobil tətbiqetmələrindən istifadə edə bilirlər.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info