Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilir
Tarix: 12.12.2018 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Fəxri xiyabanda
ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib


Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Fəxri Xiyabana gələrək Ulu öndərin məzarını ziyarət edib, abidəsi önünə gül-çiçək dəstələri düzüb.
Ümummilli lider Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində respublikamızın bütün sahələrdə inkişafı və həmin dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün hərtərəfli potensialın yaradılmasını uğurla təmin edib. 1993-cü ildə xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra ulu öndərimizin müdrik siyasi kursu, zəngin dövlətçilik təcrübəsi, yorulmaz fəaliyyəti nəticəsində ölkəmizin taleyüklü problemlərinin aradan qaldırılmasına, bütün sahələrdə getdikcə dərinləşən böhranın qarşısının alınmasına, müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsinə nail olundu.
Azərbaycanın müqəddəratını tənəzzüldən tərəqqiyə doğru dəyişən, müasir, demokratik, dünyəvi dövlət quruculuğu prosesini uğurla həyata keçirən ümummilli lider Heydər Əliyev xalqın rifah halının yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm tədbirlərin görülməsini, müasir tələblərə uyğun sosial müdafiə sisteminin formalaşdırılması məqsədilə köklü islahatlara başlanılmasını da yüksək səviyyədə təmin edib. Ulu öndər tərəfindən əsası qoyulan və sosial ədalət prinsipinin üstünlüyünə əsaslanan sosial siyasət əhalinin etibarlı sosial müdafiə tədbirləri ilə əhatə olunmasına, həssas əhali qruplarına dövlət qayğısının ildən-ilə artırılmasına, bu məqsədlə mühüm sosial proqramların hazırlanaraq həyata keçirilməsinə şərait yaradıb.
Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi, dövlət başçısının uğurlu islahatlar proqramı Azərbaycanın sürətli inkişaf tempinə, güclü iqtisadiyyata, güclü orduya, güclü sosial siyasətə və dünya birliyində güclü mövqeyə malik bir ölkə olmasına imkan verib. Müasir müstəqil Azərbaycan bu gün regionda sabitlik və inkişaf məkanı olan, bütün sahələrdə tarixi nailiyyətlər qazanan, sosial inkişaf istiqamətində də inamla irəliləyən bir ölkədir. Ulu öndər Heydər Əliyevin əziz və işıqlı xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır!

Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib
16.10.2019
AGAT-a yeni sədr seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info