Türkiyə Suriyada yeni əməliyyata başlayır
Tarix: 12.12.2018 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


Ərdoğan: “Suriyada “İŞİD” adlı təhdid yoxdur. Bu, bizim üçün nağıldır. Bu məsələnin Suriyada əsl planı pərdələmək bəhanəsi, yola vermək taktikası olduğunu bilirik”

Türkiyə müdafiə sənaye zirvəsində çıxış edən Ərdoğan yerli şirkətlərə istehsal edilən hərbi məhsulların heç bir detalının xaricdən alınmaması ilə bağlı təlimat verib


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik ABŞ-ın Suriyanın şimal-şərqində 35-40 nəfərə təlim keçməsi ilə bağlı xəbərlərə Türkiyənin həssas yanaşdığını bildirib. Çelik daha əvvəl “İŞİD”-lə mübarizə bəhanəsi ilə başqa terror təşkilatlara yük maşınları ilə yardımlar çatdırıldığını qeyd edib: “Keçmişdə eyni səhv addımları Əfqanıstanda atıblar. ABŞ rəsmiləri bundan dərs götürməlidir. Başqa terror təşkilatları ilə mübarizə etmək üçün Əfqanıstanda bəzi terror təşkilatları dəstəkləndi, amma bu təşkilatlara nəzarət etmək mümkün olmadığı zaman, onlar dünyanın başına bəla oldular”. Suriyanın şimal-şərqində 35-40 nəfərə təlim keçməyin Türkiyə üçün terror ünsürlərinə yeni dəstək mənası daşıdığını vurğulayan Ömər Çelik bildirib ki, Türkiyə dövləti qarşısındakı güc kim olarsa olsun, milli təhlükəsizliyə istənilən təhdidi aradan qaldırmaq üçün dərhal addım atacaq: “Bundan heç kəsin şübhəsi olmasın”. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə deyib ki, ABŞ-ın Suriyanın şimalında terror təşkilatı YPG/PKK-ya verdiyi dəstək, keçdiyi təlimlər son dərəcə səhv addımdır və bölgəyə xəyanətdir: “Biz buna göz yuma bilmərik”. Maraqlıdır ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin terror təşkilatı “İŞİD”-ə qarşı çox uğurlu mücadilə verdiyini söyləyib. Ağ Evdə İraq və Suriyadakı azlıqların qorunması və onlara dəstək verilməsini nəzərdə tutan qanun layihəsinin imzalanması mərasimi keçirilib. Mərasimdə çıxış edən ABŞ prezidenti Donald Tramp terror təşkilatı “İŞİD”-lə bağlı diqqətçəkən açıqlamalar deyib: “Terror təşkilatı “İŞİD” bölgə xalqlarına zülm edib. Biz onlara qarşı çox böyük mübarizə aparmışıq. Artıq sayları lap az qalıb və qarşıdakı 30 gün içində terror təşkilatı “İŞİD”-dən bir nəfər də qalmayacaq. Ziyan çəkən dini və etnik azlıqlara da ABŞ dəstək olmaqda davam edəcək”. Dünən Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da bəyan edib ki, Trampın 30 gün içində bölgəni terror təşkilatından təmizləyəcəklər ilə bağlı bəyanatının nəticəsini gözləyirlər: “Hər dəfə başımız dərdə düşən zaman ciddi embarqo ilə üz-üzə qalırıq. Terrorçularla işbirliyi həyata keçirilir. Bölgədə bir təmizləmə əməliyyatı aparılacaqsa, gəlin bunu birlikdə edək. Amma israrla terrorçularla iş birliyinə davam edirlər. Bu gün terrora qarşı mübarizədə uğur əldə edə biliriksə, bu, logistika dəstəyinin bizdə olması ilə bağlıdır. Türkiyənin təhlükəsizlik bölgəsindən çəkilməsini istəyənlər, Suriyanın 1/3-ni işğal edən terrorçularla bağlı isə heç nə demirlər. Bizim üçün indi əsas məsələ Fərat çayının şərqində olan terror məntəqələrini dağıtmaqdır. Artıq “İŞİD” adlı bir təhdid yoxdur. Bu, bizim üçün nağıldır. Bu məsələnin Suriyada əsl planı pərdələmək bəhanəsi, yola vermək taktikası olduğunu bilirik. Eyni zamanda bölgədə “İŞİD” ünsürlərinin kimlər tərəfindən dəstəkləndiyini, hazır vəziyyətdə saxlandığını da yaxşı bilirik”. Ərdoğan deyib ki, Suriyada terror dəhlizi yaratmaq istəyirlər: “Amma bizim strateji ortağımız onları terror təşkilatı saymır. ABŞ-a bunu davam etdirməyin mümkün olmadığını dəfələrlə bildirmişik. İndi də terrorçulara təlim keçirlər. Sərhədimizdə oynanan bu oyuna daha səssiz qalmayacağıq”. Ərdoğan deyib ki, Türkiyə 2-3 gün ərzində Suriyanın şimalında, Menbic bölgəsində PKK-nın Suriya qanadı olan PYD/YPG-yə qarşı yeni hərbi əməliyyatlara başlayacaq. Dövlət başçısı qeyd edib ki, Suriyadakı terrorçuların arasında amerikalı əsgərlər də var: "ABŞ Türkiyəyə PKK-nın Suriya qanadı və PYD/YPG-ni dəstəkləməyəcəyinə söz versə də, rəsmi Vaşinqton vədinə xilaf çıxdı". Onu da deyək ki, Türkiyə müdafiə sənaye zirvəsində çıxış edən Ərdoğan yerli şirkətlərə istehsal edilən hərbi məhsulların heç bir detalının xaricdən alınmaması ilə bağlı təlimat da verib.

Anar




 
Bölməyə aid digər xəbərlər
23.01.2020
İranın xarici işlər naziri Avropa İttifaqına reaksiya verdi
23.01.2020
Çindә koronavirus sәbәbindәn hәlak olanların sayı doqquz nәfәrә çatıb
23.01.2020
Bolqarıstanda “Türkiyə təqaüdləri“ proqramı tanıdıldı
23.01.2020
İraq prezidenti ölkədəki etirazlarda 600 nəfərin öldüyünü bildirib
22.01.2020
Livanda yeni hökumət quruldu

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
2 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
3 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq
4 Azərbaycanda yalnız sertifikat alanlar bələdçi kimi fəaliyyət göstərə biləcəklər
5 İlin ilk 3 ayı ərzində keçiriləcək imtahanların tarixləri məlum oldu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info