“Türk Hava Yolları” bu il 70 milyona yaxın sərnişin daşıyıb
Tarix: 13.12.2018 | Saat: 13:25:00 | E-mail | Çapa göndər


“Türk Hava Yolları” aviaşirkəti bu ilin noyabr ayında sərnişin və yük dövriyyəsi üzrə göstəricilərini açıqlayıb. Hesabat ayında aviaşirkətin yüklənmə səviyyəsi 81,4% təşkil edib. Ötən ilin təsirini nəzərə alaraq sərnişin və kreslo-kilometrlərin sayı, həmçinin yüklənmə səviyyəsindəki artım Türkiyəyə və “Türk Hava Yolları”na olan marağın artmasının mühüm göstəricisidir.
Bu ilin noyabr ayında sərnişin axınının artımı davam edib. Hesabat ayında daşınan sərnişinlərin ümumi sayı 4% artaraq 5,5 milyona çatıb. Yüklənmə səviyyəsi 81,4%-ə qalxıb.
Cari ilin noyabr ayında reyslərin ümumi yüklənmə səviyyəsi 2 faiz bəndi artıb. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 81%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə 84%-ə çatıb. Hesabat ayında beynəlxalq tranzit sərnişinlərinin sayı təxminən 8%, tranzit sərnişinlər istisna olmaqla, beynəlxalq sərnişinlərin ümumi sayı 13% artıb.
Noyabr ayında daşınan yüklərin/poçtun həcmi üzrə ikirəqəmli artım davam edib və bu göstərici 2017-ci ilin eyni ayı ilə müqayisədə 25% artıb. Artım əsasən Afrika (32%), Şimali Amerika (45%), Uzaq Şərq (23%) və Avropa ölkələri (21%) hesabına baş verib. Noyabr ayında Afrika və Şimali Amerika regionlarının hər biri üzrə yüklənmə səviyyəsi 5 faiz bəndi, Orta və Uzaq Şərq ölkələri üzrə isə müvafiq olaraq 3 və 2 faiz bəndi artıb.

Cari ilin yanvar-noyabr aylarında tələbat və sərnişinlərin ümumi sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 10% artıb. Hesabat dövründə aviaşirkət tərəfindən 69,7 milyon sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% çoxdur.
Yanvar-noyabr aylarında reyslərin ümumi yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 82%-ə çatıb. Beynəlxalq aviareyslər üzrə yüklənmə səviyyəsi 3 faiz bəndi artaraq 82%-ə, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə təqribən 1 faiz bəndi artaraq 85%-ə çatıb. Hesabat dövründə beynəlxalq aviareyslər üzrə sənişindaşıma (tranzit sərnişinlər istisna olmaqla) 12% artıb. Cari ilin ilk 11 ayı ərzində daşınan yüklərin/poçtun həcmi 25% artaraq 1,3 milyon tondan çox olub.




 
Bölməyə aid digər xəbərlər
23.01.2020
İranın xarici işlər naziri Avropa İttifaqına reaksiya verdi
23.01.2020
Çindә koronavirus sәbәbindәn hәlak olanların sayı doqquz nәfәrә çatıb
23.01.2020
Bolqarıstanda “Türkiyə təqaüdləri“ proqramı tanıdıldı
23.01.2020
İraq prezidenti ölkədəki etirazlarda 600 nəfərin öldüyünü bildirib
22.01.2020
Livanda yeni hökumət quruldu

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
2 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
3 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq
4 Azərbaycanda yalnız sertifikat alanlar bələdçi kimi fəaliyyət göstərə biləcəklər
5 İlin ilk 3 ayı ərzində keçiriləcək imtahanların tarixləri məlum oldu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info