“DaimOnline” kampaniyası daha iki universitetdə
Tarix: 13.12.2018 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkəti özünün yeni “DaimOnline” tarif paketlərini gənc istifadəçilərə tanıtmaq məqsədilə daha iki universitetin tələbələri üçün maraqlı aksiya təşkil edib.
Belə ki, aksiya çərçivəsində “Bakcell” şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetində xüsusi “DaimOnline” stendi quraraq universitet tələbələrinə “Green Box”, “İnsta Print”, “Facebook Frame” və digər maraqlı oyunlar və əyləncələrdə iştirak edib müxtəlif hədiyyələrə sahib olmaq imkanı verib. Stenddə təşkil edilmiş maraqlı və şən tədbirlərində iştirak etmiş yüzlərlə tələbə həmçinin yeni “DaimOnline” tarif paketləri barədə ətraflı məlumat əldə ediblər. Qeyd edək ki, ötən ay bu aksiya Azərbaycan Tibb Universitetinin tələbələri üçün də keçirilib.
Gənclərin daha çox sosial şəbəkələr və mesajlaşma tətbiqetmələrindən istifadə etməyə üstünlük verdiyini nəzərə alaraq, “Bakcell” şirkəti bir müddət əvvəl yeni “DaimOnline” paketlərini təqdim edib. Üç variantda və müvafiq olaraq 6, 10 və 20 manat aylıq abunə haqqı ilə təklif olunan yeni tarif paketləri sayəsində istifadəçilər limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” istifadəsi ilə yanaşı, qiqabaytlarla internet və bol-bol şəbəkədaxili dəqiqələrdən yararlana bilirlər. Limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” imkanı təqdim edən yeni “DaimOnline” tarif paketlərini istifadəyə verməklə, “Bakcell” gənc abunəçiləri limitsiz ünsiyyət üçün tam sərbəstliklə təmin edib. Bu yeni tariflər sayəsində gənclər daim onlayn olmaq imkanı əldə ediblər.
“Bakcell” şirkətinin yeni “DaimOnline” tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə və yaxud “Bakcell”in rəsmi “Instagram” və “Facebook” səhifələrinə daxil olun.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.10.2020
İşğal edilmiş Azərbaycan ərazilərində 82 növ Qafqaz endemi məhv edilib
19.10.2020
DİN vətəndaşlara müraciət edib
18.10.2020
Ad günün mübarək, Nigar, bağışla ki, qonşumuz qaniçən Ermənistandır
17.10.2020
Azərbaycanın 50 siyasi partiyası beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb
16.10.2020
Hər kəs can atır ki, cəbhəyə getsin - Quba Ağsaqqallar Şurasının sədri

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 Azərbaycanın Xalq yazıçısı Afaq Məsud dünya yazıçılarına müraciət edib
2 “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır“ adlı rəsm müsabiqəsi
3 Бакинские армяне призывают Ереван прекратить оккупацию
4 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
5 Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info