“Sarı jiletlər” Fransada şənbə gününə yeni aksiya təyin edib
Tarix: 13.12.2018 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Fransa hökuməti nümayişçiləri dekabrın 15-də aksiya keçirməməyə çağırıb

“Strasburq şəhərində həyata keçirilən hücum şənbə gününə planlaşdırılan yeni etiraz aksiyasına kölgə salmaq üçün hakimiyyət tərəfindən planlaşdırılıb”

Fransanın hakimiyyət orqanları Strasburqda baş vermiş terror hücumu ilə əlaqədar “sarı jiletlər” hərəkatının iştirakçılarını qarşıdakı şənbə günü nümayiş keçirməməyə çağırıb. TASS xəbər verir ki, bu barədə Fransanın nazirlər kabinetinin rəsmi nümayəndəsi Benjamen Qrivo deyib. “Hazırkı mərhələdə “sarı jiletlilərin” şənbə günü keçirmək istədiyi nümayişin qadağan olunması barədə qərar qəbul etməmişik. Lakin etirazçıları şüurlu olmağa və nümayiş keçirməməyə çağırırıq” - deyə Qrivo bildirib. Xatırladaq ki, dekabrın 11-də axşam saatlarında Strasburq şəhərinin mərkəzindəki yeni il yarmarkasında naməlum şəxs insanlara atəş açıb. Son məlumata əsasən, Strasburq merinin terror aktı adlandırdığı insident nəticəsində 2 nəfər həlak olub, 13 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Cinayəti törətməkdə Strasburqun 29 yaşlı sakinini şübhəli bilinir. O, hərbçilərlə atışmadan sonra qaçıb gizlənməyə nail olub. Hazırda Fransa polisi almaniyalı həmkarları ilə birgə həmin şəxsin axtarışını davam etdirir. Paris şəhərinin prokuroru Remi Eytz təhqiqat çərçivəsində 4 nəfərin, o cümlədən şübhəlinin atasının və iki qardaşının saxlandığını deyib. Həmçinin onun cinayət əməllərinə görə Fransa, Almaniya və İsveçrədə 27 dəfə mühakimə olunduğu üzə çıxıb. “Sari jiletlər” aksiyasının liderləri hesab edir ki, Strasburq şəhərində həyata keçirilən hücum şənbə gününə planlaşdırılan yeni etiraz aksiyasına kölgə salmaq üçün hakimiyyət tərəfindən planlaşdırılıb. “Sarı jiletlər”in təmsilçiləri bildiriblər ki, Strasburqda həyata keçirilən hücum prezident Makronun açıqlamasının ertəsi günü olub. Eyni zamanda terror hücumu məqsədli şəkildə şənbə günü keçiriləcək nümayişdən bir neçə gün əvvəl həyata keçirilib ki, aksiya baş tutmasın. “Bu, təsadüf ola bilməz. Hücumu şənbə günü keçiriləcək etiraz aksiyasına kölkə salmaq məqsədilə Fransa rəhbərliyi planlaşdırıb”- deyə aksiya iştirakçılarından biri deyib. Fransanın daxili işləri üzrə Laurent Nunez “France İnter” radiosuna açıqlamasında ittihamları qəbul etməyib. “Sarı jiletlər”in təmsilçiləri sosial şəbəkə vasitəsilə şənbə günü başda Paris olmaqla ölkə miqyasında yeni nümayiş keçirəcəklərini elan ediblər.

Anar




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Federika Moqerini 15 İyul Demokratiya vә Milli Birlik Günü ilә әlaqәdar açıqlama verib
16.07.2019
Avropa İttifaqı Türkiyəyə qarşı sanksiyaları təqdir edib
15.07.2019
Türkiyədə son üç il ərzində terror təşkilatlarına qarşı 324 min 243 əməliyyat keçirilib
15.07.2019
Filippin təşvişdə - Qorxulu xəstəlikdən ölənlərin sayı artır
15.07.2019
Tanınmış idmançıların olduğu təyyarə qəzaya uğradı - Çox sayda ölü var: VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info