Səyyad Salahlı: “Respublikamızda məzhəblər arasında həmrəylik mövcuddur”
Tarix: 14.12.2018 | Saat: 12:54:00 | E-mail | Çapa göndər


Dekabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Masallı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb. Tədbirdə rayon hüquq mühafizə orqanlarının rəhbərləri, dini icma
sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Bəşirov çıxış edərək bildirib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində bu sahədə qəbul edilən qanunların sonradan təkmilləşdirilməsi Ümummilli Lider Heydər
Əliyevin adı ilə bağlıdır. C.Bəşirov həmçinin rayondakı dini durum və dini icmaların fəaliyyəti barədə ətraflı məlumat verib. Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı respublikamızda dinlərarası və məzhəblərarası münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq bildirib ki, bir sıra ölkələrdə məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızda məzhəblər arasında həmrəylik mövcuddur və Azərbaycanın əksər məscidlərində vəhdət namazları qılınır. Ölkə rəhbərliyinin mənəvi dəyərlərimizə diqqət və qayğısından da danışan S.Salahlı Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanların Prezident İlham Əliyevin həyata
keçirdiyi uğurlu milli siyasət nəticəsində mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını, respublikamızın tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyini qeyd edib. Dini radikalizmlə mübarizə tədbirlərindən də danışan natiq dini ekstremizm, radikalizmlə mübarizədə vəhdətin və həmrəyliyin vacibliyini diqqətə çatdırıb. O vurğulayıb ki, bəzi xarici qüvvələr radikal qruplara dəstək verərək onların vasitəsilə İslamı gözdən salmağa, müsəlman ölkələrində münaqişələr yaratmağa cəhdlər edirlər. DQİDK sədrinin birinci müavini eyni zamanda, İslam dininin sülh, mərhəmət və həmrəylik dini kimi milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib. Tədbirdə DQİDK-nın əməkdaşı Tərxan Paşazadə, Qafqaz Müsəlmanları
İdarəsinin bölgə qazısı Mirqiyas Təhməzov mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Seminar-müşavirənin birinci günü tədbir iştirakçılarının suallarının cavablandırılması ilə yekunlaşıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info