Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi MİGAZ istifadəyə verildi
Tarix: 14.12.2018 | Saat: 13:35:00 | E-mail | Çapa göndər


Bu gün Dövlət Miqrasiya Xidmətinin yeni mobil tətbiqi geniş ictimaiyyətə təqdim olunub. Tətbiqin istifadəsini nümayiş etdirən və üstünlüklərini diqqətə çatdıran Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov olduğu yer üzrə qeydiyyat, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, məhdudiyyətin və müraciət statusunun yoxlanması, son qeydiyyat tarixinin öyrənilməsi üçün kalkulyator, onlayn ödəmə, onlayn növbə, ASAN viza və xidmətin digər istiqamətlər üzrə servis xidmətlərinin mobil tətbiq üzərindən çıxış əldə etmək imkanlarının yaradıldığını bildirib. Bundan sonra Mobil tətbiq vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlayn şəkildə daha asan şəkildə elektron xidmətlərdən istifadə edə biləcəklər. Azərbaycan, ingilis və rus dillərində hazırlanmış mobil tətbiq üzərindən birbaşa əlaqə vasitəsi ilə zəng və sorğuların cavablandırılması da həyata keçirilə bilər. Yaxın gələcəkdə dil seçimi menyusu zənginləşdiriləcək. Yüksək səviyyəli interaktivliyi ilə seçilən mobil tətbiq vasitəsilə istifadəçilərə istər qeydiyyat, istərsə də digər elektron xidmətlərlə bağlı mütəmadi yeniliklər, bildirişlər göndəriləcək. Mobil tətbiqdə istifadəçilər üçün Azərbaycanın tarixi, ölkəmizdə fəaliyyət göstərən turistik məkanlar, istirahət mərkəzləri və digər görməli yerlər, milli musiqimiz, mətbəximiz barədə geniş məlumat bazası təqdim olunur. Mobil tətbiqi hazırda Playmarketdən, qısa zaman sonra isə Appstore-dan yükləmək mümkündür. Gələcəkdə mobil tətbiqin imkanlarının genişləndirilməsi və daha artıq xidmətləri əhatə etməsi nəzərdə tutulur.
Tədbirdə həmçinin Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçiriləcək 1 aylıq təbliğat-təşviqat kompaniyasının da təqdimatı olub. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Nəqliyyat Agentliyi, Park Cinema və Cinema Plus kinoteatrlar şəbəkəsi, 189 Taksi, Park Bulvar, Dəfnə-Dalida restoranlar şəbəkəsi ilə birgə təşkil olunan məlumatlandırma aylığı dekabrın 15-dən yanvarın 15-dək davam edəcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib
16.10.2019
AGAT-a yeni sədr seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info