Tələbələr Heydər Əliyev Mərkəzini ziyarət ediblər
Tarix: 14.12.2018 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar respublikada çoxsaylı anım tədbirləri keçirildi. Heydər Əliyev vaxtilə demişdir: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. Heydər Əliyev bütün fəaliyyəti boyu təhsilin, mədəniyyətin inkişafına xüsusi qayğı göstərmiş, yüksək intellektual səviyyəli təbəqənin formalaşmasına çalışmışdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil sahəsində aparılan islahatlar məhz bu arzuların gerçəkləşməsi, reallaşmasıdır. Böyük rəhbərin anım günü ilə əlaqədar Tədris Departamenti Karyera bölməsinin təşkilatçılığı ilə “Tarix və Coğrafiya müəllimliyi” ixtisasının III kurs tələbələri ilə birlikdə ulu öndərin adını daşıyan Heydər Əliyev Mərkəzini ziyarət etdik. Mərkəzdə Heydər Əliyevin hakimiyyətinin həm birinci dövrü, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif aspektlərinin virtual formada təqdimatı ilə tanış olduq. Mərkəzin “Beynəlxalq əlaqələr” bölməsində məlumatlar qlobus vasitəsilə çatdırılırdı. Qlobusun üzərində yerləşən hər hansı ölkənin adına toxunduqda, Heydər Əliyevin hakimiyyətdə olduğu dövr ərzində keçirdiyi görüşlər öz əksini tapırdı.
Həmçinin ulu öndərin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə təltif edildiyi orden və medallar, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələr də nümayiş etdirildi.
Ulu öndərin adını daşıyan mərkəzdə “Azərbaycan inciləri” adlı sərgi fəaliyyət göstərirdi. Sərgidə ölkənin tarixi və mədəni irsini əks etdirən unikal eksponatlar nümayiş etdirilirdi. Burada nümayiş etdirilən, Azərbaycan tarixinin bütün dövrlərini, mədəniyyətinin müxtəlif sahələrini özündə əks etdirən eksponatlar da tələbələrin marağına səbəb oldu. Həmçinin qədim Azərbaycan musiqi alətləri sərgilənirdi ki, onlara yaxınlaşdıqda alətlərin səslənməsini dinləyə bilirdik.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin öyrənilməsi, təbliğ edilməsi Azərbaycan tarixi və mədəniyyətinin, milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir. Qurucusu olduğu müstəqil Azərbaycanın gəncləri dinc, müharibəsiz, şəffaf bir cəmiyyətdə yaşayır, təhsil alır, ölkəni layiqincə təmsil edirlər. Ulu öndərin ruhu şad olsun!
Naibə Əhmədova
ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri,
Tarix üzrə fəlsəfə doktoru, dosent




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib
16.10.2019
AGAT-a yeni sədr seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info