Bilik Fondu Moskvada keçirilən Assambleyada təmsil olundu
Tarix: 14.12.2018 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


5-8 dekabr tarixlərində Moskvada Rusiya Federasiyasının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu “Puşkin İnstitutu” Tərəfdaşıq Şəbəkəsinin II Assambleyası keçirilib.
Assambleyada A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun prezidenti Vitaliy Kostamarov, institutun rektoru Marqarita Rusetskaya, A.Soljenitsin adına “Dom russkoqo zarubejya”nın direktoru Viktor Moskvin, Rusiya Federasiyasının Maarifləndirmə Nazirliyinin beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Svetlana Feoktistova, Xarici İşlər Nazirliyinin şöbə müdiri Oleq Malginov və 25 ölkədən 51 nümayəndə iştirak ediblər.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu təmsil edib. Fondun Beynəlxalq layihələr sektorunun baş məsləhətçisi Almaz Axundova Assambleyanın 2019-cu il üçün fəaliyyət planının müzakirələrində təmsil olunduğu qurumun təkliflərini səsləndirib. Bildirib ki, Bilik Fondu A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun "Rus dilinin səfirləri" layihəsinin İsmayıllı rayonunun İvanovka kəndində keçirilməsinə dəstək verməyə hazırdır. Layihəyə görə, xüsusi hazırlanmış könüllü tələbələr İvanovka kəndindəki məktəblərin şagirdlərinə öncədən hazırlanan proqram əsasında bir həftə ərzində rus dili dərsi keçəcəklər. Qarşılıqlı olaraq, Fondun nəzdində fəaliyyət göstərən klubların üzvləri "Rus dilinin səfirləri" ilə görüşəcək, qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, müasir inkişafı barədə ətraflı məlumatlar verəcək, onlar üçün ekskursiyalar təşkil olunacaq. Təklif razılıqla qarşılanıb.
Assambleya çərçivəsində rus dili müəllimlərinin "Puşkin İnstitutu" Tərəfdaşlıq Şəbəkəsi Mərkəzinin təşkil etdiyi ixtisasartırma kurslarına cəlb olunması, rus dili üzrə sertifikasiya üçün test imtahanlarının keçirilməsi, birgə mədəni-kütləvi tədbirlərin təşkili, təhsil almaq və ya sahibkarlıqla məşğul olmaq məqsədilə Rusiyaya səfər edənlərə rus dilinin öyrədilməsi ilə bağlı müzakirələr aparılıb, maraqlı təkliflər səsləndirilib.
Assambleyanın bədii hissəsində konsert proqramı nümayiş olunub.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info