Əmək və əhalinin sosial müdafiəsi naziri Bərdədə vətəndaşlarla görüşüb
Tarix: 14.12.2018 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bərdə rayonunda Bərdə, Tərtər, Ağcabədi rayonlarından qəbula gələn sakinləri fərdi qaydada qəbul edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər güllər düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qəbulda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev də iştirak edib.
Vətəndaşların müraciətlərində əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, məşğulluğun təmin olunması, özünüməşğulluq proqramına, ödənişli ictimai işlərə və peşə hazırlığına cəlb olunma, sosial sığorta münasibətləri, imtiyazlı şəxslərin mənzillə və reabilitasiya vasitələri ilə təminatı və s. məsələlərə aid olub. Sorğu xarakterli müraciətlərə cavab olaraq, hüquqi izahatlar verilib, ayrı-ayrı müraciətlərdə qaldırılan məsələlərin həlli təmin edilib.
S.Babayev vətəndaşlarla görüşündə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar barədə məlumat verib. O, regionlarda yaşayan əhalinin də “DOST” mərkəzləri vasitəsilə dövlət sosial xidmətlərindən sadə prosedurlarla, tam şəffaf və rahat şəkildə istifadə imkanları əldə edəcəyini bildirib. Nazir 2019-2025-ci illər üzrə “DOST” regional proqramı çərçivəsində, həmçinin Bərdə və Ağcabədi rayonlarında da belə mərkəzlərin yaradılacağını deyib. Dövlət başçısının müvafiq Fərmanına əsasən şəhid ailələrinə birdəfəlik ödənişlərin verilməsi prosesinin davam etdirildiyini vurğulayan nazir artıq həmin bölgədə də şəhid hərbi qulluqçuların bir qrupunun vərəsələrinin birdəfəlik ödənişlə təmin olunduqlarını qeyd edib.
Müraciət edənlərdən bir qisminin istəkləri nəzərə alınaraq onlara vakant iş yerlərinə göndəriş verilib, habelə ayrı-ayrı şəxslər özünüməşğulluq proqramına, ödənişli ictimai işlərə və peşə hazırlığına cəlb olunmaq üçün qeydiyyata alınıblar. S.Babayev Bərdə, Tərtər, Ağcabədi rayonlarında bu ilin 11 ayında nazirliyin məşğulluq orqanları vasitəsilə 1930 işsiz və işaxtaran şəxsin münasib işlərlə təmin edildiklərini deyib. Nazir qeyd edib ki, üç rayon üzrə cari ildə 326 aztəminatlı ailə özünüməşğulluq proqramına cəlb olunub və onlardan artıq 200 ailənin proqram çərçivəsində verilmiş mal və materiallar hesabına kiçik ailə təsərrüfatları yaradılıb.
Qəbul zamanı vətəndaşların bir qismi müraciətlərinə əsasən, nazirliyin aidiyyəti müəssisələrində bərpa müalicəsinə cəlb olunmaları, həmçinin reabilitasiya vasitələri ilə təmin edilmələri üçün qeydiyyata götürülüblər.
Nazir S.Babayev və V.İsayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında rayonda fəaliyyət göstərən günərzi qayğı mərkəzində də olublar. Mərkəzdə çətin həyat şəraitində olan uşaqlara günərzi xidmətlər göstərilir, onlar maraq və qabiliyyətləri nəzərə alınaraq müxtəlif dərnəklərə cəlb olunur, bacarıqları inkişaf etdirilir. Mərkəzin fəaliyyəti ilə yaxından tanış olan nazir günərzi xidmətlərin təşkili məsələləri ilə bağlı müvafiq tapşırıqlarını verib.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info