Avstraliyanın Baş naziri Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıdıqlarını bildirib
Tarix: 15.12.2018 | Saat: 09:53:00 | E-mail | Çapa göndər



Avstraliya hökuməti Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıyır, amma ölkə səfirliyinin Təl-Əvivdən köçürülməsini hələlik təxirə salır.

AZƏRTAC SBS telekanalına istinadla xəbər verir ki, bu barədə Baş nazir Skott Morrison dekabrın 15-də bəyanatla çıxış edib.
“Hökumət Avstraliyanın Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı barədə qərar qəbul edib”, - deyə S.Morrison bildirib. Baş nazir qeyd edib ki, Qərbi Qüdsün İsrailin paytaxtı olaraq qəbul edilməsi sülh yolu ilə iki dövlətin yaranmasından sonra Şərqi Qüdsün də Fələstinin paytaxtı kimi tanınmasına imkan yaradır və bu, Avstraliyanın Yaxın Şərq siyasətində mühüm addım olacaq.
S.Morrison vurğulayıb ki, ölkənin milli təhlükəsizlik komitəsi tərəfindən Qərbi Qüdsün paytaxt kimi qəbul edilməsi Avstraliya səfirliyinin tezliklə Təl-Əvivdən köçürülməsi demək deyil və bu, böyük miqdarda məsrəf tələb edir. İlkin hesablamalara görə, bunun üçün təqribən 200 milyon Avstraliya dolları (144 milyon ABŞ dolları) miqdarında vəsait lazımdır. Buna baxmayaraq, Qərbi Qüdsdə əlavə konsulluğun, həmçinin müdafiə və ticarət üzrə xüsusi büronun təşkili nəzərdə tutulur ki, həmin büro da gələcəkdə səfirliyin köçürülməsi ilə məşğul olacaq.
Xatırladaq ki, S.Morrison hələ oktyabrda hökumətin Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyin bu şəhərə köçürülməsi barədə məsələni müzakirə etməyə hazırlaşdığını elan etmişdi.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Federika Moqerini 15 İyul Demokratiya vә Milli Birlik Günü ilә әlaqәdar açıqlama verib
16.07.2019
Avropa İttifaqı Türkiyəyə qarşı sanksiyaları təqdir edib
15.07.2019
Türkiyədə son üç il ərzində terror təşkilatlarına qarşı 324 min 243 əməliyyat keçirilib
15.07.2019
Filippin təşvişdə - Qorxulu xəstəlikdən ölənlərin sayı artır
15.07.2019
Tanınmış idmançıların olduğu təyyarə qəzaya uğradı - Çox sayda ölü var: VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info