Yaponiya növbəti maliyyə ili üçün rekord büdcə layihəsini qəbul etməyə hazırlaşır
Tarix: 16.12.2018 | Saat: 00:52:00 | E-mail | Çapa göndər



Yaponiyanın 2019-cu ilin aprelindən 2020-ci ilin martınadək davam edəcək növbəti maliyyə ili üçün dövlət büdcəsi ölkə tarixində rekord məbləğdə olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 15-də NHK telekanalı məlumat yayıb. Məlumatda qeyd edilir ki, hökumət növbəti il üçün 101 trilyon yen (təqribən 891 milyard dollar) məbləğində büdcə layihəsini qəbul etməyə hazırlaşır.
Xatırladaq ki, cari maliyyə ilinin büdcəsi 97,7 trilyon yen təşkil edir. Büdcənin artmasının ilkin səbəbi kimi, növbəti maliyyə ilində istehlak vergisinin 8 faizdən 10 faizə qaldırılması göstərilir. Gələn ilin oktyabrında tətbiq ediləcək yeni vergi ilə əlaqədar hökumət bir sıra stimullaşdırıcı tədbirlər, güzəştlər nəzərdə tutur ki, bunun üçün də əlavə vəsait tələb olunur.
Bundan əlavə, sosial xərclər üçün vəsaitlərin və müdafiə məsrəflərinin artırılması da planlaşdırılır. Müdafiə xərclərinin yeni silahlar alınması üçün təqribən 2 faiz artırılacağı və 5,29 trilyon yen (48 milyard dollar) təşkil edəcəyi bildirilir. Burada söhbət, ilk növbədə, ABŞ-dan “Aegis Ashore” raketdən müdafiə komlekslərinin alınmasından gedir.
Yaponiyanın 2019-cu maliyyə ili üçün dövlət büdcəsinin layihəsi dekabrın 21-də hökumətə təqdim olunacaq, gələn ilin yanvarında isə parlamentin müzakirəsinə çıxarılacaq.




 
Bölməyə aid digər xəbərlər
23.01.2020
İranın xarici işlər naziri Avropa İttifaqına reaksiya verdi
23.01.2020
Çindә koronavirus sәbәbindәn hәlak olanların sayı doqquz nәfәrә çatıb
23.01.2020
Bolqarıstanda “Türkiyə təqaüdləri“ proqramı tanıdıldı
23.01.2020
İraq prezidenti ölkədəki etirazlarda 600 nəfərin öldüyünü bildirib
22.01.2020
Livanda yeni hökumət quruldu

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
2 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
3 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq
4 Azərbaycanda yalnız sertifikat alanlar bələdçi kimi fəaliyyət göstərə biləcəklər
5 İlin ilk 3 ayı ərzində keçiriləcək imtahanların tarixləri məlum oldu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info