Ölkəyə narkotik vasitələr keçirilməsinin qarşısı alınıb
Tarix: 17.12.2018 | Saat: 13:24:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanun¬suz dövriyyəsinə qarşı mübarizə istiqamətində tədbirlər davam etdirilir.
DSX-dən verilən məlumata görə, 12 dekabr tarixində “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin əməkdaşları tərəfindən İran İslam Respublikasından (İİR) Azərbaycan Respublikasına gələn İİR vətəndaşı 2002-ci il təvəllüdlü Bargikani Naza Muhammedbaxirin üzərində 320 qram narkotik maddə olan “heroin” aşkar olunaraq götürülüb. Narkotik vasitənin sifarişçisinin müəyyənləşdirilməsi və saxlanılaraq məsuliyyətə cəlb olunması məqsədilə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticə¬sində Bakı şəhər sakinləri 1992-ci il təvəllüdlü Səfərov Ka¬zım Ağəli oğlu və 1994-cü il təvəllüdlü Nəsirov Elyaz Taleh oğlu saxlanılıblar.
13 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonu Əhmədli kən¬di ərazisindəki sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş 1976-cı il təvəllüdlü Bərdə rayon sakini Cəfərov Tələt Allahyar oğlu və 1977-ci il təvəllüdlü Ağcabədi rayon sakini Quliyev Namiq Allahverdi oğlu 2270 qram narkotik maddə olan “marixuana” ilə saxlanılıblar.
13 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin və Dovlət Təhlkəsizliyinin Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Yardımlı rayonu ərazisində “Mersedes” markalı avtomobilə baxış keçirərkən salonda 1145 qram narko¬tik maddə olan “heroin” aşkar olunaraq götürülüb. Avtomobildə olan AR vətəndaşları Şəm¬kir rayon sakini 1991-ci il təvəllüdlü Əlizadə Vüsal Yaşar oğlu, Mingəçevir şəhər sakini 1984-cü il təvəllüdlü Soltanov Elçin Mux¬tar oğlu və Sumqayıt şəhər sakini 1977-ci il təvəllüdlü Hüseynov Hüseyn Novruz oğlu saxlanılıblar.
Qeyd olunan faktlar üzrə cinayət işləri başlanılıb, zəruri əmə¬¬liyyat-istintaq hərəkətləri həyata keçirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info