“Dini maarifləndirmə mövzusunda qəzetlərdə 300 səhifədən çox material dərc edilib”
Tarix: 17.12.2018 | Saat: 13:29:00 | E-mail | Çapa göndər


Bu gün sosial media problemləri bütün dünyanı lərzəyə gətirir. Bunu Kütləvi İnformasiya Vasitəsilərinə Dövlət Dəstəyi Şurasının sədri Vüqar Səfərli "Dini qurumlar və sosial media" adlı tədbirdə deyib. Onun sözlərinə görə, sosial şəbəkənin media kimi qəbul olunmamasının səbəbi bu sahədə məsuliyyətin olmamasıdır. V.Səfərli bildirib ki, əgər jurnalist mediada hər hansı məlumat yayırsa, buna görə məsuliyyət daşıyır: “Amma sosial şəbəkədə bu, belə deyil. Əlbəttə, ölkəmiz tolerant bir ölkədir. Azərbaycanda keçirilən tədbirlər də bunu sübut edir, hər bir vətəndaş dinindən, irqindən asılı olmayaraq onu Vətəni hesab edir. Lakin bununla yanaşı, xaricdən idarə olunan quvvələr də var”.
O bildirib ki, ilahiyyatçıların bəziləri xaricdə təhsil alıb: “Bu məqam da müəyyən təhlükələr yaradırdı. Bu il Prezidentin sərəncamı ilə İlahiyyat İnstitutu yaradıldı. İnstitut bu sahədə kadrların yetişdirilməsində mühum rol oynayacaq".
V.Səfərli əlavə edib ki, bu sahədə təbliğata böyük ehtiyac var:
"Buna görə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə biz çoxsaylı tədbirlər keçirmişik. Bu il dini maarifləndirmə mövzusunda qəzetlərdə 300 səhifədən çox material dərc edilib. Hesab edirəm ki, sosial şəbəkədə nə qədər cəfəngiyyat yayılsa da, jurnalistlərimiz həm sosial şəbəkə, həm də media vasitəsilə onlara cavab verməlidir".

Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib
16.10.2019
AGAT-a yeni sədr seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info