Avstriyada hökumətə qarşı etiraz aksiyası keçirilib
Tarix: 17.12.2018 | Saat: 14:04:00 | E-mail | Çapa göndər


Avstriyanın paytaxtı Vyana şəhərində yeni hökumətə qarşı etiraz aksiyaları keçirilib. Avstriya Xalq Partiyası və Avstriya Azadlıq Partiyasının koalisiyada olduğu hökumətin bir illik fəaliyyətinə qarşı yönəlmiş etiraz aksiyalarında 20 minədək insan iştirak edib.
AZƏRTAC xəbər verir ki, yeni hökumətin daxili işlər naziri Herbert Kiklin həm sağçı-populist siyasi mövqeyi, həm də miqrasiya sahəsində yürütdüyü restriktiv siyasət ötən həftələrdə bu nazirliyin qarşısında kiçik qrupların dinc nümayişinə gətirib çıxarmışdı. Həftənin cümə axşamları keçirilən aksiyalarda həm daxili işlər naziri, həm də onun mənsub olduğu Avstriya Azadlıq Partiyasının ölkənin həyatındakı həllini gözləyən mühüm məsələləri kənarda buraxaraq, yalnız miqrasiya mövzusunu ön planda tutmaları və bu sahədəki məhdudlaşdırıcı siyasəti tənqid edilirdi.
Arxada qalan həftəsonu Avstriya həmkarlar təşkilatlarının təşkil etdiyi etiraz aksiyalarında isə bütün hökumət hədəfə alınıb. Şəhərin mərkəzi küçələri ilə hərəkət edən izdiham hökuməti sağçılığa meyillilik, rassizm və sosial sistemin çökdürülməsində ittiham edib. Təşkilatçılar hökumətdə sağçılıq meyllərinin güclənməsinin bütün ölkə üçün təhlükəli olduğunu və əhalinin buna qarşı reaksiya verməsinin vacibliyini bildiriblər. Etiraz aksiyaları Prezident Administrasiyasi, Nazirlər Kabineti və bir neçə nazirliyin yerləşdiyi Ballhausplatz meydanında başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Federika Moqerini 15 İyul Demokratiya vә Milli Birlik Günü ilә әlaqәdar açıqlama verib
16.07.2019
Avropa İttifaqı Türkiyəyə qarşı sanksiyaları təqdir edib
15.07.2019
Türkiyədə son üç il ərzində terror təşkilatlarına qarşı 324 min 243 əməliyyat keçirilib
15.07.2019
Filippin təşvişdə - Qorxulu xəstəlikdən ölənlərin sayı artır
15.07.2019
Tanınmış idmançıların olduğu təyyarə qəzaya uğradı - Çox sayda ölü var: VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info