Antonio Quterreş: Dünya qlobal xaosa sürüklənir
Tarix: 17.12.2018 | Saat: 14:07:00 | E-mail | Çapa göndər


Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş dekabrın 16-da Qətərin paytaxtı Dohada öz işinə yekun vurmuş “Diplomatiya, dialoq və müxtəliflik” mövzusunda 18-ci Beynəlxalq Forumdakı çıxışında qlobal siyasətin aktual məsələlərinə toxunub.
AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, baş katib sülh, təhlükəsizlik və vasitəçilik, iqtisadi inkişaf və dünyada baş verən dəyişiklikləri 2018-ci ilin ən aktual problemləri adlandırıb. Onun sözlərinə görə, bu problemləri çoxtərəfli yanaşma yolu ilə həll etmək mümkündür. O, məhz bu yanaşma tərzinin və beynəlxalq əməkdaşlığın başa çatmaqda olan ilin ən çox tənqidə məruz qalan sahələr olduğunu vurğulayıb.
A.Quterreş əlavə edib ki, yaranan problemlərin əsas səbəbi “etimad çatışmazlığı sindromudur”: dövlətlər, vətəndaşlar və hökumətlərin beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə inamı azalıb. Sosial-iqtisadi bərabərsizliyin artması, gəlirlərin azalması, ticari münaqişələrin güclənməsi, borcların artması və geosiyasi gərginliyin yüksək həddə çatması fonunda bu etimadsızlıq daha da dərinləşir.
Baş katib deyib: “İnsanlar haqlı olaraq narazılığını bildirirlər ki, bir ovuc adam, xüsusən kişilər, bəşəriyyətin yarısından daha çox gəlir əldə edirlər. Bununla belə, həmin “bir ovuc insanların” əksəriyyətinin gəlir mənbəyi qorxu və inamsızlıqdır. Bu gün qorxu vasitəsilə dünyada sərvət sahibi olan insanlar var. Onlar məhz qorxu hissinin köməyi ilə seçkilərdə səslər əldə edir və sosial şəbəkələrdə “layk” qazanırlar”.
BMT-nin rəhbəri xatırladıb ki, onilliklər ərzində dünya ikiqütblü, sonradan bir müddət təkqütblü olub, indi isə aralıq mərhələdədir. “Bu, bir mənada qlobal xaos yaradır ki, nəticədə dünya nizamı anlaşılmaz vəziyyətə düşür, xaotik proseslər güclənir. Dünyada qeyri-müəyyənlik və cəzasızlıq artır, -deyə A.Quterreş vurğulayıb. Onun sözlərinə görə, çoxqütblülük də sülhün təminatı deyil, XXI əsrdə beynəlxalq və regional səviyyədə vətəndaş cəmiyyətlərinin, BMT-nin və digər aktorların iştirak etdiyi çoxtərəfli əməkdaşlıq sistemi yaradılmalıdır.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Federika Moqerini 15 İyul Demokratiya vә Milli Birlik Günü ilә әlaqәdar açıqlama verib
16.07.2019
Avropa İttifaqı Türkiyəyə qarşı sanksiyaları təqdir edib
15.07.2019
Türkiyədə son üç il ərzində terror təşkilatlarına qarşı 324 min 243 əməliyyat keçirilib
15.07.2019
Filippin təşvişdə - Qorxulu xəstəlikdən ölənlərin sayı artır
15.07.2019
Tanınmış idmançıların olduğu təyyarə qəzaya uğradı - Çox sayda ölü var: VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info