“Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulmasının əsasları” mövzusunda seminar
Tarix: 17.12.2018 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulmasının əsasları” mövzusunda seminar başlayıb.
Seminarın açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının ölkəmizdə əhalinin səmərəli məşğulluğunun təmin olunması ilə bərabər, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi istiqamətində də fəal siyasətin həyata keçirilməsinə şərait yaratdığını vurğulayıb. BƏT-lə birgə ölkəmizdə “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icra olunduğunu qeyd edən nazir müavini layiqli əməyin vacib şərtlərindən birinin də əmək haqqı ilə bağlı olduğunu deyib. O, respublikada iqtisadi inkişaf şəraitində əhalinin gəlirlərinin mühüm tərkib hissəsi kimi minimum və orta aylıq əmək haqqı səviyyələrində mütəmadi artım tempinin mövcud olduğunu diqqətə çatdırıb.
M.Kərimli bildirib ki, ötən dövrdə dövlət qulluğu sisteminin formalaşdırılması çərçivəsində dövlət qulluqçularının əməyinin ödənilməsi və sosial təminatı sistemləri də yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”sında dövlət qulluğunun inkişaf istiqamətləri sırasında dövlət qulluqçularının əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsi də yer tutur.
Nazir müavini hazırda keçirilən seminarın bu sahədə beynəlxalq təcrübə və yerli təcrübə əsasında müəyyən təhlillərin aparılmasına xidmət etdiyini deyib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müvini İlyas Əliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev seminarın əhəmiyyəti ilə bağlı fikirlərini qeyd ediblər.
Sonra Rusiya Federasiyasının eksperti, iqtisad elmləri doktoru Vladimir Rojkov əməyin ödənilməsinin sosial-iqtisadi mahiyyətinə, onun roluna dair təqdimatla çıxış edib. İki gün davam edəcək tədbirin gündəliyinə “Dövlət qulluqçularının əməyinin ödənilməsi sisteminin qurulması sahəsində Azərbaycan Respublikasının təcrübəsi”, “Dövlət qulluqçularının əməyinin ödənilməsinin xüsusiyyətləri”, “Dövlət qulluqçularının əmək münasibətlərinin məzmunu, səlahiyyət və funksiyalarının həyata keçirilməsi, onların məvacibinin formalaşdırılmasının əsas prinsipləri”, “Azərbaycanda büdcədən maliyyələşdirilən təşkilatlarda əməyin ödənilməsinin bəzi məsələləri” və s. mövzularda təqdimatların edilməsi və müzakirələrin aparılması daxildir.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.10.2020
İşğal edilmiş Azərbaycan ərazilərində 82 növ Qafqaz endemi məhv edilib
19.10.2020
DİN vətəndaşlara müraciət edib
18.10.2020
Ad günün mübarək, Nigar, bağışla ki, qonşumuz qaniçən Ermənistandır
17.10.2020
Azərbaycanın 50 siyasi partiyası beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb
16.10.2020
Hər kəs can atır ki, cəbhəyə getsin - Quba Ağsaqqallar Şurasının sədri

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 Azərbaycanın Xalq yazıçısı Afaq Məsud dünya yazıçılarına müraciət edib
2 “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır“ adlı rəsm müsabiqəsi
3 Бакинские армяне призывают Ереван прекратить оккупацию
4 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
5 Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info