Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
Tarix: 17.12.2018 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


17 dekabr 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatında iclas keçirildi. İclasın gündəliyində duran əsas məsələ Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatında yeni sədrin seçilməsi idi. İclası giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ilk öncə ümummilli lider Heydər Əliyevin vəfatının dekabr ayının 12-də növbəti ildönümünü 1 dəqiqəlik sükutla yad etməyi təklif etdi.
Ulu öndər Heydər Əliyevin xatirəsi anıldıqdan sonra Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, 1992-cil noyabrın 21-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin,vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanmışdır.
YAP zamanın təxirəsalınmaz tələbindən irəli gələrək, Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Yeni Azərbaycan Partiyasının yaranması müstəqil Azərbaycanın, xalqımızın həyatında tarixi bir dönüş, intibah dövrü kimi yadda qalmışdır. Məhz bu inkişafın nəticəsidir ki, Bakı şəhərinin yeni yaranmış Pirallahı rayonunda Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının yaranması zərurəti meydana çıxdı. 17 iyul 2013-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təsis konfransı keçirildi. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı yarandığı gündən rayonumuzun inkişafında və ictimai həyatında mühüm rol oynamışdır. Bu gün YAP Pirallahı rayon təşkilatının 6 minə yaxın üzvü var ki, bu da cəmi 20 min əhalisi olan rayonumuzda respublika üzrə ən yüksək faiz göstəricisidir.
2018-ci ildə YAP Pirallahı rayon təşkilatı bir çox uğurlara imza atmışdır. YAP Pirallahı rayon təşkilatının fəaliyyətində xüsusilə fərqlənən ərazi ilk partiya təşkilatları vardır. YAP Pirallahı rayon təşkilatının Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatı bu baxımdam ən nümunəvi ərazi ilk partiya təşkilatıdır. Rayonun icyimai-siyasi həyatında aktivliyi ilə yanaşı keçirilən mədəni-kütləvi tədbirlərin təşkilində də Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatı aktivliyi ilə seçilir.
İclasın gündəliyində nəzərdə tutulmuş birinci məsələ ilə bağlı Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatı sədrinin müavini Seymur Yusibov 2018-ci ildə təşkilatın gördüyü işlər barədə Hesabat məruzəsi ilə çıxış etdi. İclas iştirakçılarının yekdil qərarı ilə Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatının 2018-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olundu.
İclasın gündəliyində duran 2-ci məsələ - Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatına yeni sədrin seçilməsi ilə əlaqədar iclas iştirakçıları Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəylinin namizədliyini irəli sürdülər. Təkliflərdən sonra Anara Hacıbəylinin sədrliyə namizədliyi səsvermə yolu ilə yekdilliklə qəbul olundu. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov yeni seçilmiş sədri təbrik edərək, siyasi fəaliyyətində uğurlar arzu etdi.
Anara Hacıbəyli öz növbəsində Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatının üzvlərinə göstərdikləri etimada görə təşəkkürünü bildirərək qeyd etdi ki, bu gün Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə ulu öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Heydər Əliyevin qurmaq istədiyi, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıyıq. Azərbaycanın böyük tarixi şəxsiyyəti, ümummilli lider Heydər Əliyevin ideyaları 21-ci əsrdə onun layiqli varisi cənab İlham Əliyev tərəfindən, ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyası tərəfindən uğurla davam etdirilir.




.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info