Avropa informasiya agentlikləri uydurma xəbərlərə qarşı mübarizə elan ediblər
Tarix: 17.12.2018 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Polşa Mətbuat Agentliyi (PAP) Avropa informasiya agentlikləri ilə birlikdə uydurma xəbərlərə qarşı mübarizə elan edib.
AZƏRTAC xəbər verir ki, Polşa Mətbuat Agentliyi də daxil olmaqla Avropanın 13 informasiya agentliyi uydurma xəbərlərə qarşı mübarizə haqqında saziş imzalayıblar.
PAP agentliyinin prezidenti Voytsex Surmaç “Wirtualnemedia.pl” saytına müsahibəsində deyib: “Biz bir neçə ay ərzində yanlış məlumatları səmərəli şəkildə aradan qaldırmağa imkan verən tədbirlər hazırlayacağıq. “Feyk xəbərlər” adı ilə məşhur olan uydurma yeniliklər bu gün demokratiyaya qarşı ən təhlükəli hallardan biri hesab edilir. Yoxlanılmamış saxta uçot qeydləri ilə təqdim edilən məlumatlar nəinki bir-birinə düşmən kimi münasibət bəsləyən sosial qruplar və ya siyasi qruplaşmalar arasında, hətta (və ilk növbədə) dövlətlər arasında informasiya müharibəsinin vasitəsinə çevrilə bilər. Avropada 13 informasiya agentliyi saxta məlumatların sosial, siyasi və beynəlxalq problemlərə təsirinin artması nəzərə alaraq, yanlış məlumata qarşı mübarizə aparmağa hazır olduğunu bildirib. Agentliklər internet istifadəçilərin və jurnalistlərin yanlış məlumata qarşı mübarizə aparmalarına imkan verən səmərəli vasitələr və prinsiplər hazırlanması üçün tədbir görməyi vəd edirlər”.
Sazişin məqsədi “etimada layiq olan KİV-ləri təbliğ etmək və istifadəçilərə rəqəmsal mühitdə inkişafın istiqamətlərini öyrətməkdir”. Sənəddə həmçinin, “xəbərləri yoxlamaq və saxta xəbərləri qısa müddətdə aşkar etmək; internet istifadəçilərinin və jurnalistlərin yanlış informasiyaya qarşı mübarizə hüquqlarını artıran səmərəli vasitələr və prinsiplər işləyib hazırlamaq; kütləvi informasiya vasitələrinə etimadı artırmaq və istifadəçiləri rəqəmsal mühitdə davranmağa öyrətmək” məqsədilə mətbuat agentlikləri arasında birbaşa əməkdaşlıq nəzərdə tutulur.
Bəyannamədə deyilir: “Biz dövlət tərəfindən, ayrı-ayrı şəxslər, həmçinin informasiya agentliklərinin beynəlxalq assosiasiyaları tərəfindən maliyyələşdirilməsindən asılı olmayaraq bütün informasiya agentliklərini bu qətnaməyə qoşulmağa çağırırıq”.
Bəyannaməni Polşadan Polşa Mətbuat Agentliyi, Albaniyadan ATA, Yunanıstan ANA MPA, Xorvatiyadan HİNA, Bolqarıstandan BTA, Azərbaycandan AZƏRTAC, Rumıniyadan AGERPRESS, Slovakiyadan TASR, Ukraynadan UKRİNFORM, Kiprdən CNA, Bosniya və Herseqovinadan FENA, Serbiyadan TANJUG, Türkiyədən AA agentlikləri imzalayıblar.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Federika Moqerini 15 İyul Demokratiya vә Milli Birlik Günü ilә әlaqәdar açıqlama verib
16.07.2019
Avropa İttifaqı Türkiyəyə qarşı sanksiyaları təqdir edib
15.07.2019
Türkiyədə son üç il ərzində terror təşkilatlarına qarşı 324 min 243 əməliyyat keçirilib
15.07.2019
Filippin təşvişdə - Qorxulu xəstəlikdən ölənlərin sayı artır
15.07.2019
Tanınmış idmançıların olduğu təyyarə qəzaya uğradı - Çox sayda ölü var: VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info