Fransada “Sarı jilet”lərdən sonra polis də etiraz aksiyasına çağırışlar edir
Tarix: 18.12.2018 | Saat: 01:39:00 | E-mail | Çapa göndər



Son günlər “Sarı jilet”lər aksiyalarından daha da əldən düşmüş və üzülmüş Fransa polisinin etiraz səsləri eşidilir. Sosial şəbəkələrdə 20 dekabrda polislərin etiraz aksiyasının 1-ci aktına çağırışlar yayılıb.

AZƏRTAC xəbər verir ki, Qəzəbli Polislərin Səfərbərliyi (MPC) Assosiasiyasının vitse-prezidenti Giyom Löbon BFMTV televiziya kanalında çıxışında polisin səbir kassasının dolub daşdığını bildirib. Qeyd edib ki, 15 il stajı olan və aktivində 200 saatdan çox əlavə iş saatı toplanmış polis əməkdaşları artıq cana doyduqlarını bildirirlər. Son bir ayda polis əməkdaşları “Sarı jilet”lər aksiyaları zamanı 23 saat dayanmadan iş başında olublar. Mənəvi və fiziki baxımdan üzülüblər.
“Hökumət hər dəfə aksiyadan sonra uğurlu fəaliyyətinə görə polisi alqışlayır, ancaq bunun arxasında konkret heç nə olmur”,-deyə vurğulayan G.Löbon deyib ki, “Sarı jilet”lər kimi polis də alıcılıq qabiliyyətinin yüksəldilməsini, əmək haqqına yenidən baxılmasını tələb edir.
Bildirilib ki, 2017-ci ildə milli polisin aktivində toplanmış 21.7 milyon əlavə iş saatı 2014-cü illə müqayisədə 18 faiz artıb.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Federika Moqerini 15 İyul Demokratiya vә Milli Birlik Günü ilә әlaqәdar açıqlama verib
16.07.2019
Avropa İttifaqı Türkiyəyə qarşı sanksiyaları təqdir edib
15.07.2019
Türkiyədə son üç il ərzində terror təşkilatlarına qarşı 324 min 243 əməliyyat keçirilib
15.07.2019
Filippin təşvişdə - Qorxulu xəstəlikdən ölənlərin sayı artır
15.07.2019
Tanınmış idmançıların olduğu təyyarə qəzaya uğradı - Çox sayda ölü var: VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info