Putin: “Türkiyə müstəqil xarici siyasət yürüdür. Biz bunu qiymətləndiririk”
Tarix: 20.12.2018 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


“Atatürk, heç şübhəsiz ki, Türkiyə tarixinin görkəmli siyasi xadimidir. O, Türkiyə tarixinə dövlətçiliyin qorunması və bərpası üzrə parlaq səhifə yazıb. Bu istiqamətdə çox işlər görüb”. Bu sözləri Moskvada keçirdiyi mətbuat konfransında Rusiya-Türkiyə münasibətləri haqqında sualı cavablandıran Rusiya Prezidenti Vladimir Putin deyib. Prezident qeyd edib ki, Atatürk Rusiyanın böyük dostu idi və ruslarla əməkdaşlıq edirdi. “Biz bunu yaxşı bilirik və qiymətləndiririk. Atatürk müasir Türkiyə dövlətinin banisidir, onun əsaslı bünövrəsini qoyub” -deyə Putin vurğulayıb. Rusiya Prezidenti Rusiya-Türkiyə münasibətlərinin müasir vəziyyətindən məmnunluğunu ifadə edib: “Həm iqtisadi, həm də təhlükəsizlik sahələrində. Bəzi məsələlərdə bizim maraqlarımız üst-üstə düşməsə də, biz Suriya böhranının nizama salınması üzrə kompromis qərarlar əldə edirik. Biz Türkiyə Respublikasının, türk xalqının milli maraqlarına hörmətlə yanaşırıq. Görürük ki, bizim türkiyəli tərəfdaşlarımız da kompromisə getməyə hazırdır və Suriyada vəziyyətin yaxşılaşması, terrorçuluqla mübarizə, əlaqələrimizin möhkəmlənməsi naminə birlikdə bu kompromisə nail oluruq”. Rusiyanın dövlət başçısı sonda bəyan edib: “İqtisadiyyata gəldikdə, siz də əməkdaşlığımızın möhkəmləndiyinin şahidisiniz. Türkiyə NATO-nun üzvüdür, alyansın üzvü kimi öz vəzifələrini yerinə yetirir. Eyni zamanda, müstəqil xarici siyasət yürüdür. Biz bunu qiymətləndiririk. Bu, münasibətlərimizin proqnozlaşdırılması və dayanıqlığı üçün şərait yaradır. Bu mənada Türkiyə Prezidentinin rolu çox böyükdür. Ümidvarıq ki, cənab Ərdoğanın rəhbərliyi altında bu tendensiya gələcəkdə də davam edəcək”. Vladimir Putin Moskvada böyük mətbuat konfransında jurnalist Orxan Camalın, rejissor Aleksandr Rastorquyevin və operator Kiril Radçenkonun Mərkəzi Afrika Respublikasında həlak olmaları barədə suala cavab verərkən bildirib ki, heç şübhəsiz, dünyada jurnalistlərin öldürüldüyü hər hansı hadisə kimi, bu hadisə də faciədir. Prezident dövlətin diplomatik kanallar vasitəsilə bu işin təhqiqatını nəzarətdə saxladığını qeyd edərək deyib: “Sizə, bütün redaksiya üzvlərinə, orada həlak olan insanların yaxınlarına dərin hüznlə başsağlığı vermək istəyirəm”.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Federika Moqerini 15 İyul Demokratiya vә Milli Birlik Günü ilә әlaqәdar açıqlama verib
16.07.2019
Avropa İttifaqı Türkiyəyə qarşı sanksiyaları təqdir edib
15.07.2019
Türkiyədə son üç il ərzində terror təşkilatlarına qarşı 324 min 243 əməliyyat keçirilib
15.07.2019
Filippin təşvişdə - Qorxulu xəstəlikdən ölənlərin sayı artır
15.07.2019
Tanınmış idmançıların olduğu təyyarə qəzaya uğradı - Çox sayda ölü var: VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info