Putin 3 saat 43 dəqiqə ərzində 53 jurnalistin sualını cavablandırıb
Tarix: 20.12.2018 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin növbəti dəfə böyük mətbuat konfransı keçirib. AZƏRTAC xəbər verir ki, Rusiyanın dövlət başçısı 14-cü böyük mətbuat konfransında 3 saat 43 dəqiqə ərzində 53 jurnalistin sualını cavablandırıb. Bu il mətbuat konfransında iştirak etmək üçün 1702 jurnalist akkreditasiyadan keçmişdi.
Mətbuat konfransında Rusiyanın daxili və xarici siyasəti, iqtisadi, sosial, mədəniyyət sahələrində problemlər, ABŞ ilə münasibətlər, Suriya münaqişəsinin nizama salınması və digər məsələlərə dair suallar səslənib.
Azərbaycan əsilli Türkiyə jurnalisti Fuad Səfərovun Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkə münasibəti və Rusiya-Türkiyə əlaqələri ilə bağlı V.Putinə verdiyi sualın cavabında Prezident Atatürkü görkəmli siyasi xadim və Rusiyanın böyük dostu adlandırıb. O, Rusiya-Türkiyə münasibətlərinin müasir vəziyyətindən məmnunluğunu ifadə edərək, bu əlaqələrin inkişafında Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın rolunu yüksək qiymətləndirib. Rusiyanın dövlət başçısı ümidvar olduğunu bildirib ki, Türkiyə Prezidentinin rəhbərliyi ilə bu tendensiya gələcəkdə də davam edəcək.
Mətbuat konfransı “Rossiya-1”, “Rossiya-24”, “Pervıy kanal” televiziya kanalları, “Mayak”, “Vesti FM”, “Radio Rossii” radiostansiyaları vasitəsilə canlı yayımlanıb.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Federika Moqerini 15 İyul Demokratiya vә Milli Birlik Günü ilә әlaqәdar açıqlama verib
16.07.2019
Avropa İttifaqı Türkiyəyə qarşı sanksiyaları təqdir edib
15.07.2019
Türkiyədə son üç il ərzində terror təşkilatlarına qarşı 324 min 243 əməliyyat keçirilib
15.07.2019
Filippin təşvişdə - Qorxulu xəstəlikdən ölənlərin sayı artır
15.07.2019
Tanınmış idmançıların olduğu təyyarə qəzaya uğradı - Çox sayda ölü var: VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info