Ağ Ev Pentaqon rəhbərinin istefasını şərh edib: Tramp və Mettis arasında fikir ayrılığı mövcud olub
Tarix: 21.12.2018 | Saat: 14:10:00 | E-mail | Çapa göndər


ABŞ Prezidenti Donald Tramp və Pentaqonun rəhbəri Ceyms Mettis arasında bir sıra məsələlərdə fikir ayrılığı mövcud olub. TASS xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Sara Sanders “Fox News” telekanalının efirində ABŞ müdafiə nazirinin istefasını şərh edərkən deyib. Onun sözlərinə görə, prezident və nazir müxtəlif fikirlərdə olsalar da, onların münasibəti əvvəlki kimi yaxşıdır. “Mettis ölkəyə və prezidentə yaxşı xidmət edib, onların arasında münasibət yaxşı olaraq qalacaq” - deyə Sanders əlavə edib. Bununla yanaşı, Sanders ABŞ-ın siyasi kursuna dair son qərarı qəbul etmək hüququnun prezidentə məxsus olduğunu bildirib. Xatırladaq ki, Ceyms Mettis dekabrın 20-də Prezident Donald Trampa istefa ərizəsi göndərib. Bəzi politoloqların fikrincə, onun bu qərarı Trampın Suriyadan qoşunları çıxarmaq qərarı ilə birbaşa əlaqəlidir. Mettis Pentaqonun başçısı postuna 2017-ci ilin yanvarında təyin olunub və vəzifəsini gələn il fevralın sonunda tərk edəcək.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Federika Moqerini 15 İyul Demokratiya vә Milli Birlik Günü ilә әlaqәdar açıqlama verib
16.07.2019
Avropa İttifaqı Türkiyəyə qarşı sanksiyaları təqdir edib
15.07.2019
Türkiyədə son üç il ərzində terror təşkilatlarına qarşı 324 min 243 əməliyyat keçirilib
15.07.2019
Filippin təşvişdə - Qorxulu xəstəlikdən ölənlərin sayı artır
15.07.2019
Tanınmış idmançıların olduğu təyyarə qəzaya uğradı - Çox sayda ölü var: VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info