Çin S-400 zenit-raket kompleksinin ilk uğurlu sınağını keçirib
Tarix: 21.12.2018 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Çin ordusu Rusiyadan alınan S-400 zenit-raket kompleksinin ilk uğurlu sınaq atışlarını həyata keçirib. TASS xəbər verir ki, kompleks saniyədə 3 kilometr sürətlə uçan ballistik hədəfi 250 kilometr məsafədə vurmağa nail olub. Çin Rusiyanın S-400 “Triumf” zenit-raket komplekslərini alan ilk xarici ölkədir. Müqaviləyə əsasən, Çinə iki S-400 polk kompleksi çatdırılacaq. Uzaq məsafəli zenit-raket sistemi olan S-400 Rusiyada silahlanmaya 2007-ci ildə qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulur. Rusiya Hərbi Kosmik Qüvvələri komandanının müavini bildirib ki, S-400 sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlər də silahlanmaya daxil edilib.




 
Bölməyə aid digər xəbərlər
26.01.2020
“Sarı jiletlilər” hərəkatı 63-cü həftəsində
26.01.2020
Braziliyanın cənub-şərqində leysan ölüm və itkinlərə səbəb oldu
26.01.2020
Çində koronavirusa 2 minə yaxın insan yoluxub
25.01.2020
Çindən xaricə turist qrupları göndərilməsi dayandırılır
25.01.2020
Bu, “Əsrin müqaviləsi“ yox, “Əsrin şapalağı“dır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info