ABŞ dövlət katibi: “Hər şey haqqında məlumatım vardı”
Tarix: 21.12.2018 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


“Məsələ ilə əlaqədar prezident Tramp və yüksək səviyyəli rəsmilər arasında keçirilən bütün toplantılarda iştirak etmişəm”

Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettis istefa verib. Pentaqonun rəhbərinin vəzifəsini tərk etməsinin əsas səbəblərindən biri kimi prezident Donald Trampın xarici siyasəti ilə razılaşmaması göstərilir. Mettis prezidentə göndərdiyi istefa məktubunda yazıb: “Sizinlə mövqeləri yaxın olan müdafiə nazirinə malik olmaq haqqına sahibsiniz”. Amerikanın politoloqları və siyasi şərhçiləri bildirirlər ki, Mettisin qərarı Trampın Suriyadan qoşunları çıxarmaq qərarı ilə birbaşa əlaqəlidir. Pentaqonun rəhbəri öz məktubunda əlavə edib: “Mən ölkəmizin gücünün tərəfdaşlarımız və unikal alyans sistemimizlə ayrılmaz şəkildə bağlı olduğuna həmişə inanmışam. ABŞ azad dünyanın əvəzolunmaz ölkəsi kimi qalsa da, biz güclü alyansı qorumadan və müttəfiqlərimizə hörmət etmədən öz mövqelərimizi qoruya və ya bu vəzifəni icra edə bilmərik”. Tramp, öz növbəsində, Pentaqonun rəhbərinə vəzifədə olduğu müddətdə gördüyü işlərə görə təşəkkür edib. Prezident özünün “Twitter” səhifəsində yazıb: “General Mettis fevralın sonunda hörmətlə istefaya gedəcək. O, son iki ildə mənim administrasiyamda müdafiə naziri vəzifəsində işləyib”. Tramp bildirib ki, tezliklə yeni müdafiə nazirinin adını açıqlayacaq. Ağ Evin mətbuat katibi Sara Sanders “Fox News” telekanalının efirində müdafiə nazirinin istefasını şərh edərkən deyib ki, ABŞ Prezidenti Donald Tramp və Pentaqonun rəhbəri Ceyms Mettis arasında bir sıra məsələlərdə fikir ayrılığı mövcud olub. Onun sözlərinə görə, prezident və nazir müxtəlif fikirlərdə olsalar da, onların münasibəti, əvvəlki kimi, yaxşıdır: “Mettis ölkəyə və prezidentə yaxşı xidmət edib, onların arasında münasibət yaxşı olaraq qalacaq”. Bununla yanaşı, Sanders ABŞ-ın siyasi kursuna dair son qərarı qəbul etmək hüququnun prezidentə məxsus olduğunu bildirib. Ekspertlər qeyd edirlər ki, Trampın Suriyadan çəkilməsi ilə bağlı qərarı Pentaqon rəhbərini narazı salıb və o, bu qərarın əleyhinə olub. Dövlət Departamentinin rəhbəri Mayk Pompeo isə “Fox News”a müsahibəsində deyib ki, ABŞ-ın əsgərlərini Suriyadan çıxarması ilə bağlı qərar Donald Tramp və yüksək səviyyəli rəsmilər arasında ətraflı müzakirə və məsləhətləşmələr nəticəsində qəbul edilib. Dövlət katibi qərar açıqlanmazdan əvvəl ona məlumat verilib-verilmədiyinə dair ünvanlanan sualı belə cavablandırıb: “Hər şey haqqında məlumatım vardı. Məsələ ilə əlaqədar prezident Tramp və yüksək səviyyəli rəsmilər arasında keçirilən bütün toplantılarda iştirak etmişəm”. ABŞ-ın Suriyada olmasının yeganə səbəbinin terror təşkilatı “İŞİD”-i məhv etmək olduğunu ifadə edən Pompeo bu məsələdə uğur qazandıqlarını və daha Suriyada qalmaq üçün səbəb qalmadığını vurğulayıb. Dövlət katibi terror təşkilatı “İŞİD” üzvlərinin dünyanın fərqli ərazilərində fəaliyyətlərinin davam etdiyinə diqqət çəkib və ABŞ-ın mübarizəsinin davam edəcəyini də qeyd edib. Qeyd edək ki, Amerika mətbuatı yazır ki, Suriyadan çıxmaqla bağlı qərarı Tramp təkbaşına qəbul edib. Bu arada qeyd edək ki, ilin sonunda postunu tərk edəcək BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura Təhlükəsizlik Şurasında etdiyi çıxışında Suriya konstitusiyasını hazırlayacaq heyətə münasibət bildirib. O vurğulayıb ki, Suriya konstitusiyasını hazırlayacaq komitə "etibarlı" və "balanslı" deyil. Bu səbəbdən 50 üzvdən ibarət siyahıya yenidən baxılmalıdır. Konstitusiya komitəsi Suriya hakimiyyəti, müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən təşkil edilib. Hər qrup 50 üzv tərəfindən təmsil ediləcək. Həmin qrupların hər birindən seçiləcək 15 nümayəndə isə konstitusiyanı hazırlayacaq heyətdə iştirak edəcək. Qeyd edək ki, BMT-nin Suriya üzrǝ xüsusi nümayəndəsi Mistura ilin sonunda postundan ayrılacaq. Onu norveçli diplomat Geir Pedersen əvəz edəcək.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.01.2020
İranın xarici işlər naziri Avropa İttifaqına reaksiya verdi
23.01.2020
Çindә koronavirus sәbәbindәn hәlak olanların sayı doqquz nәfәrә çatıb
23.01.2020
Bolqarıstanda “Türkiyə təqaüdləri“ proqramı tanıdıldı
23.01.2020
İraq prezidenti ölkədəki etirazlarda 600 nəfərin öldüyünü bildirib
22.01.2020
Livanda yeni hökumət quruldu

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
2 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
3 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq
4 Azərbaycanda yalnız sertifikat alanlar bələdçi kimi fəaliyyət göstərə biləcəklər
5 İlin ilk 3 ayı ərzində keçiriləcək imtahanların tarixləri məlum oldu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info