“Ermənistan iqtisadiyyatının vəziyyəti ürəkaçan deyil”
Tarix: 25.12.2018 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


Tatul Manaseryan: “Ölkədə elm sahəsi də acınacaqlı vəziyyətə düşüb”

Bu gün hakimiyyət Ermənistanda əhalinin gəlirlərinin yetərincə artdığı barədə xəbərlər yayır. Hətta rəsmi məlumat kimi, noyabr ayında orta aylıq nominal əməkhaqqının 4,6 faiz artdığı da bildirilir. Lakin əsası olmayan bu rəqəmlərin reallığına, maraqlıdır ki, əksər ermənilər də inanmırlar.
Qeyd edilməlidir ki, bu gün də Ermənistanın güclü gəlir mənbəyi kimi, Rusiyadan köçürmələr olsa da, amma son aylarda bu da pisləşməyə doğru meyil götürməkdədir. Onu da əlavə etsək ki, Rusiyada ABŞ dollarının məzənnəsi yaxın gələcəkdə köçürmələrin həcminin artırılması üçün əsas vermir, bu halda Ermənistandakı Yeni il qabağı vəziyyət başadüşüləndir.
Erməni iqtisadçı Tatul Manaseryan bu gün ölkə iqtisadiyyatındakı vəziyyətin elə də ürəkaçan olmamasını bildirərək, bunun artıq ölkədəki başqa sahələrə də sirayət etdiyini bildirib.
Ermənistan iqtisadiyyatının inkişafında əsas rolu kənd təsərrüfatı və elmin oynadığını bildirən Tatul Manaseryanın sözlərinə görə, həm əvvəlki hökumətlər, həm də hazırda fəaliyyət göstərənlər bu sahələrə heç bir diqqət yetirmirlər: «Bu gün ölkənin heç bir aqrar siyasəti mövcud deyil. Ümumiyyətlə, ölkədəki bu sahəyə heç kim diqqət yetirməyib» («News.am»).

“Son aylarda yaxşılığa doğru dəyişikliklərlə qarşılaşmayanların ümidləri artıq itməyə doğru getməkdədir”


Tatul Manaseryana görə, bu gün Ermənistanda elm də eyni, yəni acınacaqlı vəziyyətdədir: «Mən, həmişə Ermənistan elmində mafiyanın hakimiyyətlik etdiyini bildirmişəm. Belə ki, korrupsiya sxemləri ilə müşayiət edilən elm sahəsində gənclərə yer yoxdur. Təqaüdçü alimlər gəncləri elm sahəsinə yaxın buraxmaq istəmirlər. Mənim fikrimcə, hökumətin əsas səhvlərindən biri arxada qalan son yeddi ay ərzində bununla bağlı heç bir addım atmamasıdır. Məhz bundan yararlanan təqaüdçü alimlər öz yerlərini möhkəmlədərək elmi məhv etməkdə davam edirlər. Ölkənin Milli Elmlər Akademiyası hələ də yerində sayır. Bu gün xaricdə yaşayan erməni alimləri ölkədəki laqeydlik üzündən Ermənistanı tərk ediblər. Az-çox Ermənistana qayıdanlar da, qarşılaşdıqları haqsızlıqlar üzündən yenidən geri qayıtmaq məcburiyyətində qalırlar. Biz elmimizi öldürdük və onu öldürməyə davam edirik. Bu gün Ermənistanda çoxları hələ də sabaha ümidlə yaşayırlar. Onlar ölkədə, həqiqətən də, hər hansı bir dəyişiklik olacağını gözləyirlər. Lakin son aylarda, hələ ki, elə də bir yaxşılığa doğru dəyişikliklərlə qarşılaşmayanların ümidləri artıq itməyə doğru getməkdədir».
Maraqlıdır ki, Manaseryan ölkədə aparılan struktur dəyişikləri, yəni bəzi nazirliklərin ixtisara salınması ilə ölkədə hər hansı bir iqtisadi inkişafa nail olmağa da şübhə ilə yanaşır».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Müxalifətin paylaşmaları sosial şəbəkələrdə niyə az bəyənilir?
14.01.2019
“Ermənistan dünyadan təcrid olunmuş bir ölkə həddinə çatıb”
09.01.2019
Azərbaycan Avrasiyanın çox önəmli nəqliyyat mərkəzinə çevrilir
08.01.2019
“Paşinyan hökumətinin real reytinqi aşağıdır”
07.01.2019
Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı ön cəbhədə ölənlərdən çoxdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info