“Azərbaycandakı sabitliyi, inkişafı gözü götürməyən qüvvələr var”
Tarix: 26.12.2018 | Saat: 14:45:00 | E-mail | Çapa göndər


Dünyada müxtəlif qüvvələr öz geosiyasi maraqlarını həyata keçirmək üçün din amilindən təhlükəli formada istifadə edirlər. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Din və ideoloji təhlükəsizlik” mövzusunda keçirilən konfransda deyib.
S.Heydərov bildirib ki, dünyada dini zəmində baş verən münaqişələr nəinki genişlənir, eyni zamanda dərinləşir. O qeyd edib ki, zamanında bu cür münaqişələrin qarşısı alınsaydı, bu gün dünyada bu qədər münaqişə ocaqları olmazdı.
Komitə sədrinin müavini bildirib ki, Azərbaycanda dini durum tam sabitdir, bütün dini konfessiyaların nümayəndələrinə bərabər münasibət göstərilir, Azərbaycandakı tolerantlığa, multikultural mühitə dünya birliyi tərəfindən yüksək qiymət verilir. O qeyd edib ki, bütün bunlara böyük zəhmət və əsası ulu öndər Heydər Əliyev tərəfindn qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzaqgörən siyasət nəticəsində nail olunub: “Ancaq bu gün Azərbaycandakı sabitliyi, inkişafı gözü götürməyən qüvvələr var və onlar siyasi müstəvi ilə yanaşı dini zəmində də Azərbaycana təsir göstərməyə çalışırlar. Təəssüf doğuran hal odur ki, bəzi müsəlman ölkələri də həmin qüvvələrin təsiri altına düşərək Azərbaycana dini zəmində təzyiq göstərməyə, müxtəlif zərərli dini ideologiyaları ölkəmizə ixrac etməyə çalışırlar. Azərbaycan müsəlman ölkələri arasında birliyin, həmrəyliyin möhkəmləndirilməsi üçün ciddi işlər görür, ancaq bəzi müsəlman ölkələri bizə dini zəmində təzyiq göstərməyə çalışırlar. Əlbəttə, dövlətimiz güclüdür və bu neqativ tendensiyaların qarşısını almaq üçün ciddi tədbirlər görülüb və bundan sonra da görüləcək. Azərbaycan həm hüquqi müstəvidə, həm də maarifləndirmə baxımından bu cür təhdidlərin qarşısını almaq üçün lazımi tədbirlər görür”.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info