Dünya azərbaycanlıları üçün media platforması yaradılır
Tarix: 26.12.2018 | Saat: 14:57:00 | E-mail | Çapa göndər


Dekabrın 27-də Dünya Azərbaycanlılarının Onlayn Sammiti - daos.az saytının təqdimatı keçiriləcək. Təqdimatda dövlət rəsmiləri, millət vəkilləri, vətəndaş cəmiyyəti və KİV nümayəndələri, eləcə də xaricdə yaşayan soydaşlarımız iştirak edəcəklər.
Dünya azərbaycanlılarının şərəfinə yaradılmış "DAOS.az"ın məqsədi, xaricdə yaşayan soydaşlarımızı virtual olaraq Vətəndə hiss etdirməkdir. Belə ki, soydaşlarımızın öz yazılarını, fikirlərini, hər hansı yaradıcılıq işini, gündəlik fəaliyyətini, şəkillərini, ekspromt olaraq paylaşa biləcəklər. Xaricdə yaşayan soydaşlarımız öz paylaşımları ilə sayta özəllik gətirməklə yanaşı, həm də xəbər istehsalçısı rolunu oynayacaqlar.
Dünya azərbaycanlıları üçün media platforması olan DAOS onlayn şəbəkəsinin digər xidmətlərindən biri, ilk dəfə olaraq sayt vasitəsilə ildə iki dəfə onlayn sammitin keçirilməsidir. Sammit çərçivəsində dünya azərbaycanlıları virtual olaraq bir araya gələrək görülmüş və görüləcək işlərini, perspektiv planlarını müzakirə edəcəklər.
Qeyd edək ki, DAOS virtual şəbəkəsi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, katibi Nərgiz Xələf və “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi”nin sədri Fuad Hüseynzadə tərəfindən vətəndaş təşəbbüsü olaraq könüllü yaradılıb.
Xatırladaq ki, “daos.az” saytının təqdimatı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində - 27 dekabr tarixində, saat 11:00-da, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının konfrans zalında keçiriləcək. Ünvan: Hüseyn Cavid 129 (Akademiya şəhərciyi)

Əkbər




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib
16.10.2019
AGAT-a yeni sədr seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info