“AzerTelecom“ “Milli Net 2018“ müsabiqəsinə baş sponsor olaraq dəstək olub
Tarix: 26.12.2018 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkətinin baş sponsorluğu ilə keçirilmiş Milli Net 2018 - Milli İnternet Mükafatı müsabiqəsi başa çatıb. Şirkətdən verilən məlumata görə, Azərbaycan İnternet Forumu tərəfindən artıq ənənəvi olaraq hər il keçirilən Milli Net müsabiqəsinin bu il sayca 10-cu yubiley tədbiri baş tutub. Artıq ikinci ildir ki, AzerTelecom şirkətinin baş sponsorluğu ilə keçirilən Milli Net müsabiqəsinin qaliblərinin yekun təqdimat mərasimində dövlət və özəl sektorun nümayəndələri, ölkənin internet ictimaiyyətinin, İKT sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin və media qurumlarının nümayəndələri iştirak ediblər. Qeyd edək ki, oktyabr ayında start verilmiş Milli Net 2018 müsabiqəsinə 19 Nominasiya üzrə 406 internet resurs təqdim edilib. Bu resurslardan yalnız qaydalara uyğun olan 300 resurs (saytlar, mobil tətbiqlər və sosial media resursları) müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Onların arasından isə ən yaxşıları olan 105 resurs Nominant statusu alıb, ikinci səsvermə prosesində yekun qaliblər müəyyən olunub və təqdimat mərasimində elan edilib. Tədbirdə çıxış edən AzerTelecom şirkətinin Satış və Tərəfdaşların İdarə olunması üzrə direktoru Ləman Abasbəyli bildirib ki, Milli Net müsabiqəsinin keçirildiyi 10 il ərzində layihə Azərbaycanda uğurlu milli internet resursların aşkarlanması və ictimaiyyətə tanıdılması, eləcə də internetdə ana dilimizin tətbiqinin genişləndirilməsində mühüm rol oynayıb, səmərəli bir platformaya çevrilib. O qeyd edib ki, bu il həm də AzerTelecom şirkətinin 10 illik yubileyidir və bu əlamətdar halın Milli Net-in 10 illiyi ilə üst-üstə düşməsi də çox sevindirici bir haldır. “AzerTelecom şirkəti hər zaman cəmiyyətdə innovasiyaların tətbiqi, maarifləndirici, milli resursların, elm və təhsilin inkişafı ilə əlaqəli ən mühüm layihələri dəstəkləyib və bu, gələcəkdə də şirkətin fəaliyyətində əsas istiqamətlərdən biri olaraq qalacaqdır”- deyə Ləman Abasbəyli bildirib.
Təqdimat mərasimində çıxış edən digər şəxslər də Milli Net tədbirinin əhəmiyyətini vurğulayaraq layihənin milli resursların inkişafına verdiyi töhfədən bəhs ediblər.
AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. AzerTelecom ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şaxələnmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. AzerTelecom şirkətinin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir. Şikrət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil şəbəkələrdə nəqletmə, beynəlxaql tranzit, FTTx (fiber optik xətt xidməti), DDoS hücumdan müdafiə, VPN, Data Mərkəz xidmətləri, SİP telefoniya və digər telekommunikasiya xidmətləri təqdim edir.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info